Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluq Gömrük Komitəsində əməliyyat keçirib, 2 vəzifəli şəxs həbs olunub - Yenilənib

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirib...

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət alan gömrük işçilərinin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Habelə qeyd edilən dövlət qurumunun Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiya Federasiyasına qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb. Şahin İskəndərov və Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində əməliyyat tədbirləri davam edir.

APA xəbər verir ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Qanun pozuntularına yol verməkdə şübhəli bilinən şəxslərin dindirilməsi yekunlaşdıqdan sonra müvafiq qərar qəbul olunacaq.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirdiyi əməliyyatın ilkin səbəbi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gündən başlayan əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar ölkəyə gətirilən istehsal ili yeni olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində nöqsanlara yol verməkdə ittiham edilirlər.

İlkin məlumata görə, saxlanılanlar ölkəyə gətirilən istehsal ili 2019-cu və daha təzə olan avtomobilləri əzik, zədəli nəqliyyat vasitəsi kimi qeydiyyata alaraq rəsmiləşdirmə haqqını azaltmaq və digər nöqsanlarda şübhəli bilinirlər.

Əməliyyat zamanı avtomobilin rəsmiləşdirməsi zamanı saxtalaşdırma ilə bağlı təxminən 30-a yaxın qanunsuz sənəd aşkarlanıb.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirilən əməliyyat zamanı saxlanılanlar var.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gündən başlayan əməliyyat tədbirləri bu gün də davam edir.

İlkin ehtimallara görə, əməliyyat zamanı xüsusilə maliyyə işçiləri arasında yeddi nəfərin saxlanılıb, beş nəfərin isə izahatı alınıb.

***

APA xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

pia.az


Etiket: DGK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar