Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kept analitikləri: Rusiyada neft hasilatının kəskin şəkildə aşağı düşməsi riski böyükdür…

Üzünü Asiya bazarına yönləndirən Moskva yenə də neft hasilatını azaltmaq məcburiyyətində qalacaq…

Bu il Rusiya Federasiyasında neft hasilatı 10-15% və ya daha çox azala bilər.

PİA.az xəbər verir ki, bu barədə Kept analitiklərinin pronozunda bildirilib.

Qeyd edək ki, bu proqnoz OPEK, Beynəlxalq Enerji Agentliyi (IEA) və ABŞ Energetika Nazirliyinin qiymətləndirmələrinə əsaslanır.

Ekspertlərin fikrincə, Rusiya Federasiyasının neft hasilatını azaltmalı olacağı səviyyəni müəyyən edən əsas amil qiymət tavanı şəraitində ixrac axınının yenidən istiqamətləndirilməsinin uğuru, eləcə də Rusiya xammalına Avropa embarqosudur. Moskva neft tədarükünün əhəmiyyətli hissəsini Avropadan Asiya ölkələrinə yönləndirməyi bacarsa da, yanacaq bazarında yüksək dərəcədə qeyri-müəyyənlik qalmaqdadır.

Kept analitikləri vurğulayırlar ki, neft məhsulları ticarətinin xüsusiyyətləri, xüsusilə onların daşınması xam neft bazarı ilə ziddiyyət təşkil edir. Eyni zamanda tələbin coğrafiyası daha məhduddur.

“Buna görə də biz proqnoz diapazonunun yuxarı həddinə (10-15% və ya 50-80 milyon ton azalma) əməl edirik və mümkün daha böyük azalma risklərini görürük”, deyə analitik Maksim Malkov qeyd edir.

Xatırladaq ki, Çin və Hindistan neftin Rusiyaya sərfəli qiymətindən imtina edib. Daha əvvəl xəbər verildiyi kimi, neft ixracından Rusiya büdcəsinin gəlirləri tarixi minimuma düşüb. Eyni zamanda, Rusiyada aparıcı neft sənayesinin 2023-cü ildə dağılacağı proqnozlaşdırılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar