Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail və İran: Daxili problemlərin və xarici çağırışların əks olunan mənzərəsi...

Bir-birinə düşmən olan, eyni zamanda din amili, İsraildə baş qaldıran köhnə-yeni radikalizm baxımından bir-birinə ən yaxın olan iki ölkənin daxili böhranları ilə bağlı gözləntilər böyük ölçüdə Vaşinqtondan asılıdır…

Sam Mensa
The İndependet qəzeti, Böyük Britaniya

Yaxın Şərqdə iki regional güc - İsrail və İran daxili böhranlardan əziyyət çəkir və bir çox xarici problemlərlə üzləşirlər.

Tarixində ən sağçı və teokratik yeni hökumətə sahib olan İsrail keçən ilin noyabrında keçirilən seçkilərdən sonra legitimlik qazanmış ifrat və bəlkə də zorakıılıq tərəfdarı olan sağa doğru sapıb.

Bunun nəticələrini və baş nazir Benyamin Netanyahunun həqiqətən də daha dindar olan millətçi nazirlərini cilovlamağa qadir olub-olmadığını proqnozlaşdırmaq çətindir.

Daxili böhranda demokratiyanın, fərdi, dini və vətəndaş azadlıqlarının qorunması, dünyəvilərlə dindarlar arasında qarşıdurma ehtimalı, işğal olunmuş ərazilərdə fələstinlilər arasında qaynaşma və s. məsələlər iç-içədir.

Xarici təhdidlərə gəlincə, bunlardan ən bariz olanı Vaşinqton və diaspor yəhudiləri, xüsusən də amerikalılarla strateji münasibətlərin pisləşməsi, bir sıra ərəb ölkələri ilə yeni normallaşmalar, İranın nüvə fəaliyyəti ilə onun bölgədəi ekspansionist rolu, Ukrayna müharibəsindən qaynaqlanan beynəlxalq münasibətlərdəki kəskin gərginliyin səbəb olduğu mürəkkəb regional problemlərdir.
İranın da vəziyyəti yaxşı deyil, əksinə, vəziyyəti İsraildən daha mürəkkəb və çətindir.

Səbəb isə rejimin 4 aydır davam edən etirazları vəhşicəsinə yatırması, bəzən nümayişçilərə açıq şəkildə ölüm cəzası kəsməsi, xaricdəki bəzi ikili vətəndaşlığı olan müxaliflərə sui-qəsd cəhdlərindən sonra xüsusilə Avropanın sanksiyalarına məruz qalması, Tehranın beynəlxalq təcridi, ona qarşı tətbiq edilən sanksiyaların artması və genişlənməsi ilə bağlıdır.

İran eyni zamanda dörd fundamental problemlə üzləşir:

Birincisi, iqtisadi və maliyyə vəziyyətinin pisləşməsidir ki, bu, ikinci problemi alovlandıran amildir.

İkinci problem, yəqin ki, dayanmayacaq etiraz hərəkatlarıdır. Etirazlar bir qədər səngimiş ola bilər, lakin onlar rejimin legitimliyini şübhə altına almağa və onun mövcudluğunu görünməmiş şəkildə təhdid etməyə davam edəcəklər.

Üçüncü problem rejimin sütunları arasında hələ də gizlənən xırıltılardır. Əli Rza Əkbərinin casusluq ittihamı ilə edam edilməsi və ondan sonra baş verə biləcək digər təmizləmələr bunun əlamətlərini ortaya qoydu.

Dördüncü problem tam anlamıyla İranın region ölkələrində sırf xarici və sabitliyi pozan roludur ki, buna Ukrayna müharibəsində Rusiyanın tərəfində iştirakı da əlavə olunub.

Bu addım İranın Rusiyaya PUA və yaxın mənzilli raketlər tədarükü ilə başlayıb, amma bunun necə bitəcəyi məlum deyil. Tehranın Rusiyadan döyüş təyyarələrini də alıb-almayacağını bilmirik.

Hər iki ölkədəki vəziyyətlə bağlı sual yaranır:
Bu iki ölkədə baş verənlər region ölkələrinin marağındadır, yoxsa əksinə?

Təl-Əviv və Tehranın daxili və xarici problemləri ilə məşğul olması onları kənara baxmaqdan çəkindirəcək, yoxsa əksinə?

Yəni, bəlkə xaricdə, hətta bir-birlərinə qarşı hərbi əməliyyatlara qatılaraq, daha çox qarışıqlıq və münaqişələr yaradaraq, problemlərini ixrac etməyə sövq edəcəkmi?

Bu suallara qəti cavab vermək mümkün deyil ki, bu da iki ölkənin daxili şəraitinin reallığının daha da nəzərə alınmasını tələb edir.

İsraildə, əgər Netanyahu korrupsiya ittihamlarını və təqiblərini ötüşdürə bilsə, o zaman manevr marjasını genişləndirə və hökumətindəki ekstremistləri, xüsusən də ictimaiyyətin, məhkəmə sisteminin və xaricdən, xüsusən də Vaşinqtonun daxili təzyiqi ilə mübarizə apara və və bu problemləri üstələməyə çalışa bilər.

O zaman daxili və xarici siyasəti müəyyən edən radikal koalisiya razılaşması meydanda həyata keçirilə biləcək bir siyasət olmaqdan çıxıb, sadəcə, seçki vədlərinə çevrilə bilər.

Bu məqamda Netanyahu ilə koalisiya razılaşmasına daxil olan Qərb Sahilinin rəsmi açıqlama olmadan tam ilhaqı şərti gündəmə gətirilməyə bilər. O da qeyd edilməlidir ki, müxalifət hökumət daxilində ilk fikir ayrılığının olacağı halda Netanyahuya zərbə vurmağa hazır vəziyyətdə dayanıb.

Radikal “Degel HaTorah” Partiyasının lideri Moşe Qafninin İtamar Ben Qvirin Əl-Əqsa məscidinə son səfərini yəhudi qanunlarının pozulması və “lazımsız və faydasız təxribat” kimi qiymətləndirməsilə ifrat sağçı düşərgədə daxili parçalanmalar yaranmağa başlayıb. Bundan əlavə, Ali Məhkəmənin Netanyahudan daxili işlər naziri Arye Derini cinayət işində mühakimə olunduğu üçün vəzifədən azad etməsinini istəməsi də Netanyahuya zərbə oldu.

Baş nazir bu daxili gərginlikləri aradan qaldırsa belə, Fələstin məsələsi qarşısında dayanmağa davam edəcək.

Hələlik təhlükəsizlik xidmətləri Qəzzada HƏMAS ilə yeni silahlı münaqişədən qaçmaqda qərarlı görünür. Bununla belə, eyni zamanda, yeni hökumət şübhəli bir ziddiyyətlə Fələstin Muxtariyyətinə əlavə maliyyə və səyahət sanksiyaları tətbiq edir. İsraillə münasibətləri normallaşdıran ərəb ölkələri ilə münasibətlərə gəlincə, Netanyahu onları qorumaq və inkişaf etdirməkdə qərarlı görünür.

Amma bu gün top Fələstin məsələsini nəzərə almadan İsraillə yaxınlaşmağın çətinliyini anlayan ərəb ölkələrinin meydanındadır. Üstəlik, yeni İsrail hökumətinin ambisiyaları, görünür, bəzi aparıcı regional aktorları normallaşma prosesində iştirak etmək planlarına yenidən baxmağa sövq edəcək.

Bundan əlavə, Netanyahu İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməkdə israrlı olmasına diqqət çəkir.

Amma Netanyahu bunun üçün çoxlu maneələrin olduğunu bilir. Əsas maneə Vaşinqtonun İranla silahlı münaqişəyə həvəs göstərməməsi, indiki mərhələdə diplomatik təzyiq və sanksiyalar siyasətini saxlamağa üstünlük verməsidir.

Netanyahunun Vaşinqtonla koalisiya ortaqlarının ambisiyalarına zidd bir razılıq əldə edə biləcəyi hələ bəlli deyil. Ağ Evlə mübahisələr davam edə bilər.

İranda baş verənlər isə yeni deyil, çünki Molla rejimi bundan əvvəlki 43 illik faəliyyətində bir çox etiraz hərəkatını həddindən ziyadə güc tətbiq edərək yatırmışdı.

İİR-in qurulmasından indiyə qədər İranın fikir ayrılıqlara və ixtilaflara şahidlik etdiyini, bunlardan ən öndə gələni 1989-cu ildə Əli Hüseyn Muntazerinin vəzifədən uzaqlaşdırılmasına, Xomeyni inqilabının əsas fiqurlarını aradan götürən həbs və edam kampaniyalarına yol açan və “fitnə” adlandırılan hadisələr olduğunu da unutmaq olmaz.

Tehranın Rusiya, Çin, İraq, Türkiyə və digərləri ilə əlaqələri onun sanksiyalardan yan keçməsinin yollarıdır.

Belə görünür ki, Qərb sanksiyaları aktivləşdirmək və gücləndirmək üçün əlavə tədbirlər görməkdə tərəddüd edir və ya acizdir.

İranın regionda fəal olduğu ölkələrdə müttəfiqlərindən və silahlarından təzyiq vasitəsi kimi istifadə edərək, öz maraqlarına xidmət etmək, qazanclarını və özünü qorumaq üçün partlayışın fitilini alovlandırması təhlükəsi qalmaqdadır. Şübhəsiz ki, hər hansı bir ölkədə daxili problemlər onun xaricə müdaxiləsini məhdudlaşdırır, lakin İranın vəziyyəti ona görə xüsusidir ki, onun bölgədə qolları ilə bağladığı əlaqələr daxillə xaricdəki sərhədləri aradan qaldırıb.

Onlar özlərinə tapşırılan yerli rollarla rejimin varlığını qoruyan piyada fiqurlara çevriliblər.

Eyni şey öz maraqlarını qorumaq üçün Qərb müttəfiqlərindən istifadə edən və yəhudilərin nasist dövründə məruz qaldığı Holokostdan sonra Qərbə Hitlerin cinayətlərinin əvəzini ödəməyə məcbur edən İsrail üçün də keçərlidir.

Nəticədə, bir-birinə düşmən olan, eyni zamanda din amili, İsraildə baş qaldıran köhnə-yeni radikalizm baxımından bir-birinə ən yaxın olan iki ölkənin daxili böhranları ilə bağlı gözləntilər böyük ölçüdə Vaşinqtondan asılıdır.

Bu, ABŞ-ın Netanyahu hökumətinə qarşı göstərəcəyi təzyiqlə əlaqələndirilir ki, həmin təzyiq də onun regiondakı maraqlarına təhlükə yaradır və hətta yarandığı gündən bəri etdiyi kimi İsraili müdafiə etmək gücünə əngəl törədir.

Bununla yanaşı, sanksiyaların sərtləşdirilməsi, qəbul edilmiş variant olduğu müddətcə, dəyənək diplomatiyasından istifadə yolu ilə ABŞ kompasını daxildə baş verənlərə və İranın xaricdəki sabitliyi pozan davranışlarına qarşı sərtləşdirmək istiqamətində qurmaq lazımdır.

Avropa İttifaqının “İnqilab Keşikçiləri”ni terror təşkilatı kimi təsnif etmək cəhdinə də istinad edilməlidir. Avropada qorxurlar ki, bu addım Tehranı caynaqlarını göstərməyə təhrik edəcək. Lakin region qarşıdurmadan və təhlükədən çox da uzaqda deyil.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar