Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı konsepsiya sənədi təqdim olunub

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Qarabağ və Şərqi Zəngəzurda müasir dayanıqlı cəmiyyət konsepsiyasının təşviqi” layihəsi çərçivəsində yanvarın 24-də aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, millət vəkilləri və ekspertlərin iştirakı ilə dayanıqlı icmanın təşviqinə dair konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib.

Bu barədə “Report“a Dövlət Komitəsindən məlumat verilib.

Tədbirin açılışında çıxış edən “Regional İnkişaf“ İctimai Birliyinin layihə rəhbəri Əfqan Əliyev layihə çərçivəsində Bakıda və regionlarda məcburi köçkün icmalarının təlimləndirilməsi, ekspertlər tərəfindən fokus qrupları ilə aparılan sorğu və müsahibələrin nəticələri, eləcə də müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında dayanıqlı və davamlı icmanın təşviqinə dair konsepsiya sənədinin hazırlandığını, sənədin Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə verəcəyini bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında bildirib ki, məcburi köçkünlərin problemlərinin uzunmüddətli və dayanıqlı həlli onların doğma torpaqlarına beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətli qayıdışı ilə bağlı idi. Vətən müharibəsi nəticəsində qazanılmış tarixi Zəfər nəticəsində soydaşlarımızın Böyük Qayıdışına imkan yarandı. Məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsində davamlı icmaların qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan belə bir konseptual sənədin hazırlanması zəruridir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambresso çıxışında bu sənədin daxili köçürmə üzrə rəhbər prinsiplərə əməl olunmaqla Qarabağda dayanıqlı və davamlı icmanın qurulmasının ən yaxşı həll yollarının tapılmasında faydalı olacağına ümid etdiyini və Ali Komissarlığın bu sahədə fəaliyyət göstərən qurumların potensialının gücləndirilməsini dəstəkləməyə hər zaman hazır olduğunu qeyd edib.

Daha sonra ekspertlər Anar Vəliyev və Lalə Cumayeva tərəfindən hazırlanan “Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı icma quruculuğu konsepsiya sənədi”nin təqdimatı keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin davamında Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ombudsman Aparatı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qarabağ Dirçəliş Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, BMT-nin Qadınlar üzrə Agentliyi, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı, Aqrar Kredit və İnkişaf Agentliyinin mütəxəssislərinin iştirakı ilə dayanıqlı icmanın təşviqinə dair konsepsiya sənədinin müzakirəsi aparılıb. Səsləndirilən təkliflər əsasında konsepsiya sənədinin təkmilləşdirilərək aidiyyəti üzrə təqdim olunması qərara alınıb.

Fotolar

pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar