Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əvvəllər “can” deyənlər aralı durub salam verməyə can çəkdilər" - Vidadi Zeynalov

Bu gün küçədə-bayırda Eldar Mahmudovla üz-üzə gəlsəm, onu tanımaram...

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun Bakı Apelyasiya Məhkəməsinə şikayət verdiyi bildirilir.

PİA.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan Vidadi Zeynalov Bakı Apelyasiya Məhkəməsinə şikayət vermədiyini deyib:

- Mən apelyasiya şikayəti verməmişəm. Mənim adıma nə var müsadirə ediblər, bir rəhmətlik anamın adına olan nə varsa, o qalıb. Şikayəti verən övladlarımdır. Onların hərəsinin öz ailəsi var. Onlar hərəsi bir yerdə evsiz qalıblar. Onlar yazıblar ki, yaşadığımız evləri qaytarın.

- "Rabitə işi" ilə bağlı adınız çox hallanıb, barənizdə çox yazılıb, məşhurlaşmısız, diqqət mərkəzinə gəlmisiz. Barənizdəki hökmdən şikayət vermək fikriniz varmı?

- Yox, boş şeydir hər şey. Bu gün rahat oturmuşam, sərbəst yaşayıram. Yeyib-içməyim var, ətrafımda sinif yoldaşım, qrup yoldaşım, kəndçim, qonşum. Günümü keçirirəm Yevlaxda.

- Əvvəllər Şamaxıda Məlhəm kəndində yaşayırdınız. Yaxınlıqdakı Çuxuryurdda “Rose Park” adlı restoranınız da vardı. Qalırmı sizdə?

- Onda bizi çıxartdılar, qaynımın evində gedib qalırdım. Həmin vaxt Yevlaxdakı evimizin üzərinə də həbs qoyulmuşdu. Yevlaxdakı evimizi Ali Məhkəmə “stop”dan çıxardı. Çünki atam 26-cı ildə həmin evdə anadan olub. Elə bu həyətdə anadan olub. Anam da dözmədi buna, rəhmətə getdi dərddən. Üzərindən həbs qərarı götürüləndən sonra yığışıb gəldim bu evə.

- Övladlarınız nə işlə məşğul olur?

- Biri “Narxoz”da “meskom” idi. Öz ərizəsi ilə işdən çıxdı. Əvvəllər “can” deyənlər aralı durub salam verməyə can çəkdilər. İndi də özü üçün ora-bura qaçır, dolanır. Qızım Prezident Administrasiyasında işləyirdi, o da oradan çıxdı. Gedib haradasa bir firmada işləyir. Balaca oğlum da özü üçün elə əvvəldən biznes qurub. Oradan pomidor, buradan xiyar alıb ora-bura satır. Belə başını fırladır.

- Müsadirəyə götürülən əmlakın dəyərinin 45 milyon manat olduğu cinayət işinin materiallarında yer alıb. Bu əmlakın alındığı pulun mənbəyi haqda nə deyə bilərsiz?

- Boş şeydir. Yazırlar da. Gedin İsmayıllıda baxın, cəmi 12 belə torpaq var, üst-üstə yığanda cəmi 3 hektar yarım torpaqdır. Bunlar həmin torpaqları 700 neçə min manata yazıblar. İsmayıllıda ən yaxşı yerdə torpağın hektarı 5 min manatdır. Gedib yazıblar da, qiyməti şişirdiblər, şou yaradıblar. Qəbələdə o vaxt dostum vardı, dedi ki, gəl fındıq bağı salaq. Oğlumla, mənimlə yox. Oğlum gəldi, dedi ki, ata, belə bir iş eləyirlər. Olar mən də gedim iş qurum orada. Oğlumun qrup yoldaşı idi, kim idi. İki nəfərə gedib Bum kəndində adama 30-40 sot olmaqla 5-6 torpaq aldılar. O torpaqları da 400-500 min manat yazıblar. Yox bir, 40 milyon, 50 milyon... Onun yarısını gətirib versinlər, siyahıda nə yazıblar götürsünlər. Heç yarısını yox, üçdən birini versinlər, görək o qiymət alınır, ya yox...

- Yasamalda 5 mənzilə 700 min qiymət qoyublar. Bu da real qiymət deyil?

- Yasamalda mənə aid əmlak olmayıb. Qayınatamın olub. O, ilkin siyahıdır, yazıblar saytlar. Sonra bacanağımın evi olub. Sonra da kiminsə evi olub. Sonra bacımın evinin üzərinə də həbs qoyublar. Bacımın Bakıda, o zaman Moskva prospektində ərə getdiyi evin üzərinə də həbs qoyublar. Bacım o evə ərə gedib, onun yoldaşı o evdə anadan olub. O evi də tutub alıblar bacıma görə. Sonradan da gedib araşdırdılar ki, bacım ərə gedənə qədər də o ev onların olub. Yəni mənə heç bir aidiyyəti yoxdur. Qayınatamın 84 yaşı var. Onun şəhərdə evi olmamalıdır? Yaşadığı evi getdilər yoxladılar, gördülər ki, corabdan şalvara qədər hamısı bunlarındır, mənə aidiyyəti yoxdur o evin. İnandılar. Komissiya yaratdılar yoxlamağa. Apelyasiyada o vaxt çıxartdılar onun xeyli hissəsini. Adam vardı ki, ad-familiyası bacımla uyğun gəlirdi, evi də “Sovetski”də idi. O evin də üzərinə həbs qoymuşdular. Sonradan araşdırdılar ki, o qadın bacım deyil, sadəcə, ad-familiyası uyğun gəlir. Qaldı uşaqlara və anama aid olan əmlaklar. Anam qardaşımla qalırdı. Qardaşımın adına Bakıda çox yerlər var. Anam da rəhmətə getdi. İndi də uşaqlar şikayət veriblər, nə etsinlər?

- Qaradağ rayonunun Sənqəçal, Şonqar qəsəbələrindəki torpaqlarla bağlı nə deyə bilərsiz? 1 milyon 600 min manat dəyərləndirilib...

- Şonqar qəsəbəsində 15 hektar yerdir, 20 illik icarəyə götürülüb. Orada bir nəfər var, heyvandarlıq edəcəkdi, ət kəsimi etmişdi. Elə indi də orada o işlə məşğuldur.

- Kim idi həmin şəxs?

- Adını demirəm, qrup yoldaşım idi. Torpağı da dövlətdən 20 illik icarəyə götürüb. Sabah dövlət gəldi, dedi ki, icarə müqaviləsini ləğv edirəm, nə deyəcəksən? Əmlak mənimdir, torpaq dövlətin. Orada 14 icarə yeri var. Onun sonra icarələri də çıxardılar.

- Hazırda nə ilə dolanırsız? Təqaüd alırsızmı?

- Mənim 64 yaşım var, təqaüd almağa 1 ilim qalıb. Alan kimi birinci qonaqlığı mətbuat işçilərinə verəcəyəm.

- Sizi Eldar Mahmudovla da əlaqələndirirdilər. Bu gün də əlaqəniz qalırmı?

- Onu bizə qatmayın. Onun bizə nə aidiyyəti var? Ümumiyyətlə, heç bir işimiz olmayıb onlarla. Sadəcə, bizim işimiz gəlib onlarla bir yerə düşdü. Bir tanıdığı adam bizimlə bir işləyirdi. Bu gün küçədə-bayırda Eldar Mahmudovla üz-üzə gəlsəm, onu tanımaram. Mən heç vaxt Eldar Mahmudovla görüşməmişəm.

- Məhkəmədən nə gözləyirsiz?

Nə qərar istəyirlər, verəcəklər...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar