Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hazırda mövcud olan yüksək qiymətlər böyük ölçüdə sünidir” - İqtisadçı alim

Maaşların, pensiyaların müəyyən qədər artması qiymət siyasətində balans yarada bilirmi?...

Vüsalə Əhmədova: “Sərbəst bazar iqtisadiyyatında malın qiymətini tələb və təklif müəyyən edir. Lakin, sərbəst bazar iqtisadiyyatı özbaşınalıq, anarxiya demək deyil”.

“İlk baxışda, minimum əmək haqqında və ya pensiyalarda edilən cüzi artım vətəndaşların iqtisadi vəziyyətini yaxşılaşdıracaq kimi görünə bilər. Ancaq həqiqətdə bu belə deyil”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova Azərbaycanda formalaşan qiymət siyasətini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda formalaşan qiymət siyasəti normal bazar qaydalarına uyğun yürüdülür? Digər tərəfdən, maaşların, pensiyaların müəyyən qədər artması qiymət siyasətində balans yarada bilirmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Ölkədə inflyasiya yaradan bir neçə faktor var ki, bunlar, qiymətlərin yüksələcəyi ilə bağlı gözləntilər, kredit faizlərinin yüksək olması, kənd təsərrüfatı istehsalında geriləmə və dünya bazarında bəzi malların qitmətlərində artımdır”.

2023-cü ilin yanvar ayına qədər 300 manat ilə bağlanmış əmək müqavilələrinin yanvar ayının 1-dən etibarən 345 manat ilə bağlanacağını xatırladan ekspert PİA.az-a bildirib ki, dolayısıyla, əmək haqqlarında heç bir artım olmayan özəl sektor işçilərinin çiyinlərinə yeni xərclər qoyulmuş olur. Ekspert hesab edib ki, xüsusən kişik və orta biznes bundan ziyan görəcək:

“Ərzaq qiymətlərinin həddindən artıq yüksəlməsi ilə bağlı vətəndaşların şikayətləri hər gün durmadan artır. Başa düşmək olar, pandemiya zamanı bütün dünyada istehsal prosesində fasilələr yarandı, tədarük zəncirində qırılmalar baş verdi, əlavə olaraq da yüksək tələb bütün növ məhsul qiymətlərində artıma səbəb oldu. Ancaq, bu proses sanki davamlı hal alıb. Həm iqtidar, həm də müxalifət hədsiz qiymət artımının olmasında həmfikirdir, lakin effektiv mübarizə aparan yoxdur.

Hazırda mövcud olan yüksək qiymətlər böyük ölçüdə sünidir. Təbii ki, gübrə və yemin qiymətinin artması fonunda kənd təsərrüfatı məhsullarının qiymətlərində də yüksəlmə baş verəcək. Ancaq, bu artım cüzi olacaq. Əksinə, ölkəmizdə baş verənlər isə tam bir qiymət fürsətçiliyidir. Məsələn, fermerlərin əlində olan məhsul onlardan ucuz qiymətə alınır, daha sonra qazananlar isə tədarükçülər və zəncir marketlər olur. Bəli, hər kəs çox gözəl bilir ki, sərbəst bazar iqtisadiyyatında malın qiymətini tələb və təklif müəyyən edir. Lakin, sərbəst bazar iqtisadiyyatı özbaşınalıq, anarxiya demək deyil.

Vüsalə Əhmədova: “Hazırda marketlərdə bütün növ qida məhsullarının, ən əsası da ətin, yağın, unun və çörəyin qiymətində artım müşahidə edirik”.

İqtisadiyyat elmində qiyməti müəyyən edən bəlli başlı bir neçə strategiya var. İstehsal müəssisələri tərəfindən ən çox üstünlük verilən xərc əsaslı qiymətləndirmədir, hansı ki, onun da dörd növü var. Bunlar, xərc-üstəgəl qiymət, zərərsiz qiymət, dəyişən xərcə əsaslanan qiymət və hədəf qiymət strategiyalarıdır. Azərbaycanda işbazların qiymətləndirmə strategiyası daha çox “nə edim daha çox qazanım” prinsipinə əsaslanır.

İlk baxışda, minimum əmək haqqında və ya pensiyalarda edilən cüzi artım vətəndaşların iqtisadi vəziyyətini yaxşılaşdıracaq kimi görünə bilər. Ancaq həqiqətdə bu belə deyil. Minimum əmək haqqı əsasən sahibkarlar tərəfindən əmək müqavilələrinin rəsmiləşdirilməsində istifadə edirlir. Bilirik ki, ölkədə əksər əmək müqavilələri minimum əmək haqqı məbləği ilə bağlanır. 2023-cü ilin yanvar ayına qədər 300 manat ilə bağlanmış əmək müqavilələri yanvar ayının 1-dən etibarən 345 manat ilə bağlanacaq. Dolayısıyla, əmək haqqlarında heç bir artım olmayan özəl sektor işçilərinin çiyinlərinə yeni xərclər qoyulmuş olur. Xüsusən kişik və orta biznes bundan ziyan görəcək. Yəni, bir tərəfdən, işçilərin sosial sığorta haqqlarını ödəmək üçün daha çox pul sərf etməli olan işəgötürənin xərcləri artır.

Vüsalə Əhmədova: “Əsasən də, büdcədən maliyyələşən bir sıra qurumlarda çalışanların əmək haqqlarının və ya pensiyaların cüzi artırılması qiymətlərin yüksələcəyi ilə bağlı gözləntilər yaradır, bu da dolayısıyla inflyasiyaya səbəb olur”.

Digər tərəfdən də, neoklassik nəzəriyyə çərçivəsində yanaşsaq, əgər minimum əmək haqqı məbləği balanslaşdırılmış bazar qiymətlərini aşsa əmək təklifinin dəyəri də artacaq, dolayısıyla təklif tələbi üstələyəcək. Nəticədə də, işçi qüvvəsi artıqlığı yəni, işsizlik artacaq. Ölkədə inflyasiya yaradan bir neçə faktor var ki, bunlar, qiymətlərin yüksələcəyi ilə bağlı gözləntilər, kredit faizlərinin yüksək olması, kənd təsərrüfatı istehsalında geriləmə və dünya bazarında bəzi malların qitmətlərində artımdır. Əsasən də, büdcədən maliyyələşən bir sıra qurumlarda çalışanların əmək haqqlarının və ya pensiyaların cüzi artırılması qiymətlərin yüksələcəyi ilə bağlı gözləntilər yaradır, bu da dolayısıyla inflyasiyaya səbəb olur.

Hazırda marketlərdə bütün növ qida məhsullarının, ən əsası da ətin, yağın, unun və çörəyin qiymətində artım müşahidə edirik. Bu vəziyyət mənə nədənsə “Giffen paradoksunu” xatırladır. Yəni, “luxury goods” adlandırılan malların qiyməti artdıqda, “normal goods” və “inferior goods” adlandırılan malların qiyməti də avtomatik yüksəlməlidir. Tələb-təklif qanununa ziddiyyət təşkil edən bu məsələ, əslində iqtisadi vəziyyəti yaxşı olmayan insanların nədən daha çox kartof və ya çörək istehlak etdiklərinə aydınlıq gətirir. İnsanlarımız digər məhsulları ala bilmədikləri üçün təbii olaraq daha çox çörəyə və kartofa üstünlük verirlər. Zatən büdcəsinin önəmli hissəsini çörək və kartofa ayıran vətəndaşlarımız bu məhsulların qiyməti neçə olur olsun onları alacaqlar. Bu səbəbdən də, iqtisadçı Robert Giffen-in “inferior goods” adlandırdığı bu malların qiyməti də mütəmadi yüksəlir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar