Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pekin alimləri: “Yerin nüvəsi fırlanmağı dayandırıb və indi əks istiqamətdə hərəkət edə bilər” - Foto

Daxili nüvənin seysmik dalğaları ilə bağlı verilən məlumatlar 1960-cı illərdə başlayan Alyaska qeydlərinə əsaslanır...

“Yerin daxili nüvəsi fırlanmağı dayandırıb və indi əks istiqamətdə fırlana bilər”.

Çindəki Pekin Universitetinin alimləri İ Yan və Syadun Sun bu qənaətə gəliblər.

Onların fikrincə, Yerin daxili nüvəsi son on ildə demək olar ki, fırlanmağı dayandırıb.

“Nature Geoscience” jurnalında bununla bağlı dərc olunan məqalədə Yerin sirli daxili strukturu nəzərdən keçirilib və nüvəni yarıb keçmiş zəlzələlərdən yaranan seysmik dalğalar araşdırılıb.

Daxili nüvənin seysmik dalğaları ilə bağlı verilən məlumatlar 1960-cı illərdə başlayan Alyaska qeydlərinə əsaslanır.

Alimlərin ehtimallarına görə, bu dəyişikliklər “yırğalanma” dövrünün bir hissəsidir və daha yeddi onillik davam edə bilər.

Pekin Universitetinin seysmoloqu və tədqiqatın müəllifi Syadun Sun daxili nüvəni “planetin içindəki bir planet” kimi xarakterizə edib və qeyd edib ki, buna görə də onun necə hərəkət etməsi çox vacibdir. Ancaq onun hərəkət mexanizmi hələ də sirr olaraq qalır.

Hələlik Yerin daxili nüvəsinin əsasən bərk dəmirdən əmələ gəldiyi məlumdur. “National Geographic”in məlumatına görə, 1220 km radiusa və təxminən 5200 dərəcə temperatura malikdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar