Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xərçəng kalkulyatoru icad edildi - Dəhşətli səbəblərin siyahısı

Xərçəng yaranmasına səbəb olan daxili və xarici faktorların təsir dərəcəsini ölçən riyazi model hazırlanıb...

PİA.az bakupost.az-a istinadla xəbər verir ki, amerikalı alimlər müxtəlif cinslər, yaş həddi, eləcə də peşə sahiblərinin ən çox hansı xərçəng növündən xəstələndiyini hesablamağı bacarıblar.

İels Universitetinin biostatistikləri 24 növ xərçəngin yaranma faktorunu aşkarlayıb.

Məlum olub ki, dəri xərçəngi və sidik kisə, prostat şişlərində xarici təsir amilləri daha çox rol oynayır.

Bu riyazi model həkimlərə də əlavə informasiya verərək vaxtında müalicəyə yardım edəcək.

Xarici amilləri bölgəyə görə dəqiq bildikdə, həmin ərazinin insanlarını profilaktika etmək mümkün ola bilər.

Bəzi faktorların qarşısı alınsa, xəstəliyin gedişatını yüngülləşdirmək, mutasiyaların toplanmasına yol verməmək mümkündür.

"Alimlər uzun müddət hansı şişlərə ultrabanövşəyi şüaların səbəb olduğunu, hansına siqaretin, tütünün, hansına isə ətraf mühitin, ekologiyanın səbəb olduğunu qiymətləndirmək istəyirdilər.

Bu vaxta qədər xərçəngin yaranma faktorları içində genetika, nəsil, infeksion xəstəliklər, xroniki iltihab, siqaret, içki, pis ekologiya, hava, radiasiya, zəifləmiş immunitet, xroniki stressin təsiri daha yaxşı öyrənilib.

Xarici amillərdən qida və məişətdə kanserogen maddələrlə tez-tez ünsiyyət də şiş yaradır.

Mədəaltı vəz xərçəngində hər 3 nəfərdən biri, mədə-bağırsaq xərçəngində hər 5 nəfərdən 3-2 qidalanma səbəbindən bu xəstəliyə tutulur.
Kanserogen qida qızardılmış qida, ət, hisə verilmiş hazır qidalar, trans yağlar, marqarin, nitratlar, qidalara qatılan dadlandırıcı, rəngləndirici maddələr, GMO, aflotoksinlərdir.

Bütün xərçəng növlərinin 10-15%-nin yaranma səbəbi irsi genetikdir.

Bu daha çox süd vəzi, uşaqlıq, prostat, bağırsaq, qalxanvari vəz xərçəngindədir.

Ultrabənövşəyi şüalanma, siqaret, papiloma viruslarının - 6, 11, 16, 18 ştamları, hepatit daha çox qaraciyər xərçəngi yaradır.

Qadınlarda süd vəzi xərçənginin yayılmasının səbəbkar faktoru bəzi genlərdə mutasiyalardır. Bu mutasiyalar erkən menstruasiya, gec dövr klimaks, gec ana olmaq, süd verməmək, estrogenlərin təsirindən yaranır.

pia.az


Etiket: xərçəng


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar