Çərşənbə, 01 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günəş enerjisi ilə işləyən dron: o, “əbədi” uça bilər...

Airbus məşhur Zephyr layihəsinə kənar investorları cəlb etmək qərarına gəlib və ilk PUA-nın 2024-cü ildə satışa çıxarılacağı gözlənilir...

Zephyr PUA-ları ekoloji cəhətdən təmiz cihazlar olması və günəş enerjisi ilə işləməsi ilə məşhurlaşıb.

PİA.az Reuters Agentliyinə istinadən xəbər verir ki, Airbus şirkəti bu dronların istehsalına mümkün qədər tez başlamağı hədəfləyir və buna görə də investorlara ehtiyac duyur.

Günəş panelləri ilə təchiz edilmiş “Zephyr” pilotsuz uçuş aparatı yerdən 21 km yüksəkliyə qalxa və bir neçə ay ərzində bir dəfə də olsun eniş etmədən havada uça biləcək. Bu dronun təkcə meteoroloqlar üçün deyil, həm də hərbi məqsədlər üçün faydalı olacağı gözlənilir.

Dron günəş enerjisindən istifadə edir və gecə uçuşunu təmin etmək üçün gündüz vaxtı əlavə batareyalar doldurulur.

Airbus şirkəti bu yaxınlarda Morgan Stanley-lə Zephyr layihəsinə sərmayə qoymaq və PUA-nın mühəndislərin işini maliyyələşdirməkdə maraqlı olan xarici investorları tapmaqda kömək etmək üçün danışıqlar aparıb. Bildirilir ki, dron bir neçə uçuş sınaqlarından keçsə də, yenə də səmada “sonsuz” qala bilməyib. Reuters şirkət nümayəndəsinə istinadən xəbər verir ki, Airbus Aalto ticarət nişanını qeydiyyatdan keçirib.

“Financial Times” isə yazır ki, “Airbus” pilotsuz təyyarələrin istehsalı üçün bütöv bir bölmə yaradıb. Kommersiya modelləri 2024-cü ilin sonunda gün işığı görməlidir. Proqrama 2022-ci ilin yayından rəhbərlik edən Samir Halavi Financial Times-a bildirib ki, Zephyr dizaynı son mərhələsindədir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərnişindaşımada qiymət artdı... - Vətəndaşların sosial vəziyyəti necə olacaq?

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırıldı

NTV-nin jurnalisti Ukraynada Kadırovçular tərəfindən dəfələrlə zorlanıb

Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar

Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib

Alimpaşa Məmmədov bağçaların pulunun mənimsənilməsindən danışdı

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib - Foto

Azərbaycanda qadın killer tutaraq sevgilisini öldürtdü

Ən çox oxunanalar