Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanda milli elektrik şəbəkəsi dağıldı, 10 milyonlarla insan işıqsız qaldı

Bildirilir ki, Pakistanda milli şəbəkənin dağılmasından sonra 3 ayda ikinci dəfə on milyonlarla insan işıqsız qalıb...

PİA.az Reuters-ə istinadən xəbər verir ki, Pakistanın Energetika Nazirliyinin bəyanatına görə, ölkənin böyük bir hissəsi Cəmşoro və Dadu şəhərləri arasında cərəyanın dəyişməsindən təsirlənib.

Energetika naziri Xürrəm Dəstgir Geo Tv-yə açıqlamasında: “Gərginlik yüksəldi və sistemlər bir-bir bağlandı. Bu, böyük böhran deyil”, deyib.

Reuters bildirib ki, şəbəkədəki problem nəticəsində bazar ertəsi ölkənin müxtəlif yerlərində fabriklər, xəstəxanalar və məktəblər işıqsız qalıb.

2 milyondan çox əhalisi olan Pişəvərdə bəzi təsərrüfatlarda su nasosları elektrik enerjisi ilə işlədiyi üçün ailələrin saatlarla susuz qaldığı bildirilib. Ölkənin digər böyük şəhərləri İslamabad və Kəraçidə də işıqların kəsilməsi qeydə alınıb.

Qeyd edək ki, oktyabr ayında milli şəbəkədə yaranan problemdən sonra Pakistanda saatlarla elektrik kəsilməsi baş vermişdi.

pia.az


Etiket: Pakistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Ən çox oxunanalar