Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə seçim qarşısında... - AKP və CHP arasında ağır rəqabət başladı...

Türkiyə prezident Ərdoğan dünən bildirib ki, seçkilər mayın 14-də keçiriləcək...

Politoloq: “Bundan öncə də R.T.Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyinə işarə etmişdi. Hər iki seçkinin məhz bu tarixə təyin edilməsi heç də təsadüfi deyil”.

“Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilməsi bizim üçün problem deyil”.

Bu sözləri politoloq Turan Rzayev Türkiyədə keçiriləcək seçkiləri PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyədə prezident və parlament seçkilərinin vaxtı açıqlanıb və prezident Ərdoğan dünən bildirib ki. seçkilər mayın 14-də keçiriləcək. Hazırda Türkiyədəki siyasi-iqtisadi vəziyyəti necə dəyərləndirmək olar və seçkinin təqribən 1 ay irəli çəkilməsinə niyə ehtiyac duyuldu? Eyni zamanda Seçkinin AKP və CHP arasında ağır rəqabət şəraitində keçəcəyi indidən bəllidir. Bu seçkilərdə AKP-nin ciddi səs itirəcəyinə ehtimal etmək olar?

Türkiyəni gözləyən çətin seçimi PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Ərdoğan mayın 14-də həm parlament, həm də prezident seçkilərində qələbə qazanaraq tarixi təkrarlamaq və CHP başda olmaqla “Millət İttifaqı” üzərində qələbə qazanmaq istəyir”.

14 may tarixinin çox qısa bir zaman olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasınsa qeyd edib ki, bu zaman seçkiyə hazırlıq üçün kifayət deyil. Bunu Kılıçdaroğlu da yaxşı bilir və bu zaman aralığından öz namizədliyini “Millət İttifaqı” adınadan irəli sürmək üçün istifadə edə bilər:

“Əvvəla qeyd edim ki, Prezident Rəcəb Tayyib Ərdoğan Bursada gənclərlə görüşündə seçkilərdə ilk dəfə iştirak edən gəncləri 14 mayda səsvermə zamanı düzgün seçim etməyə çağırıb. Bundan öncə də R.T.Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyinə işarə etmişdi. Hər iki seçkinin məhz bu tarixə təyin edilməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, 73 il öncə 1950-ci il 14 may tarixində Türkiyənin keçmiş Baş Naziri Adnan Menderes “Bəsdir! Söz növbəsi millətindir” deyərək 27 il hakimiyyətdə olan İsmət İnönünün Cümhuriyyət Xalq Partiyasını (CHP) məğlub etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Adnan Menderesin edamının 55-ci ildönümündə mərhumu yad edərək, ona Allahdan rəhmət dilədi. Ərdoğan Adnan Menderesin ölkəsinə və millətinə göstərdiyi xidmətlərinə görə hər zaman hörmətlə xatırlanacağını bildirdi. Bu çox ciddi detaldır və onu deməyə əsas verir ki, Ərdoğan mayın 14-də həm parlament, həm də prezident seçkilərində qələbə qazanaraq tarixi təkrarlamaq və CHP başda olmaqla “Millət İttifaqı” üzərində qələbə qazanmaq istəyir.

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilməsi bizim üçün problem deyil. Kılıçdaroğlunun seçki tarixinin 14 maya təyin olunmasına reaksiyası diqqət çəkir. Adətən bu tip məsələlərdə Ərdoğanı tənqid edən Kılıçdaroğlu bu dəfə bunu etmədi. Hesab edirəm bu da səbəbsiz deyil.

Turan Rzayev: “Kılıçdaroğlu “Millət İttifaqı”nın namizədi kimi seçkilərdə məğlub olarsa, seçkiyə hazırlıq müddətinin kifayət qədər olmamasını əsas gətirə bilər”.

14 may tarixi çox qısa bir zamandır və bu zaman seçkiyə hazırlıq üçün kifayət deyil. Bunu Kılıçdaroğlu da yaxşı bilir və bu zaman aralığından öz namizədliyini “Millət İttifaqı” adınadan irəli sürmək üçün istifadə edə bilər. Məsələ ondadır ki, “Millət İttifaqı”nın namizədi hələlik bəlli deyil. Hər nə qədər namizədin bəlli olduğu, adının açıqlanmadığı deyilsə də müxalifət daxilində namizəd böhranı davam edir. CHP sədri Kamal Kılıçdaroğlu namizəd olmaq istəsə də İYİ Partiya sədri Meral Akşener bununla razılaşmır.

Əslində “Millət İttifaqı” Rəcəb Tayyib Ərdoğanın qarşısına qazanacaq namizəd çıxarmaq istəyir. Kılıçdaroğlu isə Ərdoğan qarşısında artıq bir dəfə məğlub olub. Bu mənada “Millət İttifaqı” eyni nəticənin təkrar olmasını istəmir. Kılıçdaroğlu bunu bildiyi üçün seçkilərin 14 maya təyin edilməsindən öz namizədliyi üçün istifadə edə bilər.

Kılıçdaroğlu “Millət İttifaqı”nın namizədi kimi seçkilərdə məğlub olarsa, seçkiyə hazırlıq müddətinin kifayət qədər olmamasını əsas gətirə bilər. Bunu onun “Bizim tərəfimizdən heç bir problem yoxdur. Yetər ki, söz millətin olsun” sözləri təsdiqləyir. Yəni Kılıçdaroğlu seçkilərdə məğlub olarsa “söz millətin olmadı” deyəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar