Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dollardan asılılığı azaltmaq: Braziliya və Argentina ümumi valyuta yaradırlar…

Braziliya və Argentina dünyanın ikinci ən böyük valyuta ittifaqını yaratmaq niyyətindədirlər və layihəyə digər Latın Amerikası dövlətləri də qoşula biləcək…

Braziliya və Argentina gələn həftə regionun iqtisadi güclənməsini təmin etmək üçün ümumi valyutanın yaradılması üzrə hazırlıq işlərinə başlandığını elan etmək niyyətindədir.

PİA.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Təqdimat Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək CELAC sammitində baş tuta bilər. Braziliya yeni ümumi valyutanı sur [ispan dilində “cənub”] adlandırmağı təklif edir.

Hazırda hər iki ölkə ümumi valyutanın regional ticarətə necə kömək edə biləcəyinə və dollardan asılılığı azaltmasına diqqət yetirir.

Xəbərə görə ilk vaxtlar sur Braziliya realı və Argentina pesosu ilə birgə fəaliyyət göstərəcək. Braziliya və Argentina hökumətləri Latın Amerikasının digər dövlətlərini də dünya ÜDM-nin təxminən 5%-ni təşkil edəcək plana qoşulmağa dəvət etməyə hazırdırlar.

FT-nin fikrincə, belə bir layihənin həyata keçirilməsi bir neçə il çəkə bilər. Lakin bu valyuta uğur qazanarsa, bu, onlara dünyada Avropa İttifaqından sonra ikinci ən böyük valyuta blokunu yaratmağa imkan verəcək. Hazırda avro dünya ÜDM-nin təxminən 14%-ni əhatə edir.

Argentinanın iqtisadiyyat naziri Serxio Massa bildirib ki, Aİ təcrübəsinə uyğun olaraq, Latın Amerikası ölkələri əvvəlcə vahid valyutanın tətbiqi üçün zəruri olan bütün parametrləri, o cümlədən maliyyə məsələlərini və mərkəzi bankların rolunu öyrənməli olacaqlar.

“Mən boş ümidləri ilhamlandırmaq istəmirəm. Bu, Latın Amerikasının keçməli olduğu uzun yolda ilk addımdır”, deyə Massa layihəni şərh edərkən deyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar