Bazar ertəsi, 06 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniyada ukraynalı qaçqınları ağır şəraitdə işlədən cinayətkar qrup ifşa edilib

İspaniyada polis qanunsuz siqaret fabriklərində ukraynalı qaçqınları istismar edən və külli miqdarda tütün qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkəni ifşa edib...

Bu barədə “Report” “n-tv.de”yə istinadən xəbər verir.

İspaniyanın mülki polisi külli miqdarda siqaret istehsalı və tütün qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərini saxlayıb. Məlum olub ki, fabriklərdə ukraynalı qaçqınlar qeyri-insani şəraitdə işçi kimi istismar ediliblər.

“Europol”un da iştirak etdiyi istintaq zamanı İspaniyanın müxtəlif bölgələrində 27 nəfər həbs edilib. Bundan başqa, ümumilikdə 37,5 milyon avro dəyərində olan 10 ton tütün yarpağı və 3,5 milyon siqaret qutusu müsadirə edilib.

Bildirilib ki, Rusiyanın işğalçı müharibəsi səbəbindən Ukraynadan qaçan və sığınacaqlarda saxlanılan ukraynalı qaçqınlar qeyri-qanuni fəaliyyət göstərən üç tütün fabrikində işlədiliblər. Onların fabrik ərazisini tərk etmələrinə icazə verilməyib və son dərəcə ağır şəraitdə işlədiliblər.

pia.az


Etiket: qaçqın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən vəkilin üzərində əlyazma aşkarlanıb - Yenilənib

“Evin pərdəsini açıb-bağlayır, mənə işarə verirdi...” - Zaqatalada olay

Prokurorluq əməkdaşları küçəyə atılan körpənin valideynlərini barkodlar əsasında tapıb

Beynəlxalq səyahətçilər Laçında yeni tikilən nümunəvi evlərdə olublar - Yenilənib

“Botoks vurduran kişilər “matışkə”dır” - Video

Ayın sonuna pul çatdırmayanlar üçün iqtisadçı çıxış yolu göstərdi

"Elit star" Cəmilə həmkarlarını rüsvay etdi - Video

Xankəndi-Laçın yolunda sülhməramlıların 34 avtomobili maneəsiz keçib - Yenilənib

İran parlamentinin sədri: “İran iqtisadiyyatı uğursuzluğa məhkumdur”

Ən çox oxunanalar