Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki yüz illik tarixə şahidlik edən və hər zaman məğrurluğunu qoruyan qala - Foto

Əlverişli hərbi-strateji mövqeyə malik olan Zaqatala hələ qədim zamanlarda xarici qəsbkarların diqqətini çəkib. 1804-cü ildə Car-Balakən camaatlığı Rusiya tərəfindən işğal edildikdən sonra çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdi. Zaqatala qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı general Paskeviçin əmri ilə tikilib. Qalanın tikintisi 1830-cu ilədək davam edib.

Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 24 yanvar tarixli qərarına əsasən Zaqatala qalası tarix-mədəniyyət qoruğu elan olunub. Qala tarixi abidə kimi, vaxtaşırı müəyyən bərpa işləri aparılmaqla bu günədək qorunub saxlanılıb.

PİA.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Zaqatala qalasında olub, Tarix-Mədəniyyət Qoruğunun direktoru Anar Laçınovla qalanın tarixi barədə maraqlanıb.

Qoruğun direktorunun sözlərinə görə, qalanı tikdirməkdə çar hökuməti iki məqsəd güdürdü: qala rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılmasında dayaq məntəqəsi rolunu oynamalı, həmçinin Dağıstanı cənubdan tutmaq üçün istifadə edilməli idi.

Üçbucaq şəklində olan qalanın iki tərəfi Şərq və Qərbdən sıldırımlı, Şimal tərəfdən isə yer səviyyəsindədir. Qalanın tikintisində əhəng və çay daşından istifadə olunub. Mühafizə məqsədi ilə divarın çöl tərəfində eni 10, dərinliyi 5 metr olan xəndək qazılıb. Qalanın ümumi sahəsi 11,5 hektar, qala divarlarının uzunluğu 3 min, eni 1,5, hündürlüyü isə 3-5 metrdir. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 17 yerli əhəmiyyətli tarixi abidə var.

Anar Laçınov bildirib ki, qalada Çar Rusiyasının daimi olaraq 2500 nəfərlik ordusu saxlanılırdı. Bu ordu yerli əhaliyə müxtəlif növ vergilər təyin edirdi. Vergiləri ödəyə bilməyən yerli əhali 1830-cu, 1863-cü və 1864-cü illərdə üsyanlar qaldırmış, qala bir neçə yerdən dağıdılmışdır. 1864-cü ildə Qafqaz Rusiyaya birləşdirildikdən sonra Zaqatala qalası öz əvvəlki hərbi əhəmiyyətini itirmişdir. 1905-ci ildə "Potyomkin" gəmisinin matrosları Çar Rusiyası zülmünə qarşı üsyan qaldırdıqlarına görə məhz bu qalaya sürgün olunmuşdular.

Cümhuriyyət dövründə isə Zaqatala qalasında Əhməd bəy Dibirovun komandan olduğu piyada polku yerləşdirilmişdi. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti işğal edildi, ölkədə sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətinin ilk günlərindən Zaqatala qalası qəza inqilab komitəsinin qərargahına çevrildi. Sonralar qala ərazisində azyaşlıların islah olunması üçün təcridxana, tütün kombinatı, rayon mərkəzi xəstəxanası, Zaqatala tarix-diyarşünaslıq muzeyi, mebel fabriki, internat məktəbi, Gənc Texniklər Stansiyası fəaliyyət göstərib.

Qoruğun direktoru onu da vurğulayıb ki, Zaqatala qalası hər zaman yazıçıların, şairlərin, kinorejissorların diqqətini cəlb edib. Qalada saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin "Qalada üsyan" romanını yazıb və bu əsər əsasında "Yenilməz batalyon" bədii filmi çəkilib. Müstəqillik illərində lentə alınan "Cavad xan" filminin bəzi səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib.

Hazırda Zaqatala qalası yerli sakinlərin, eləcə də rayona gələn qonaqların böyük maraqla üz tutduqları tarixi məkanlardan biridir. Kütləvi el bayramlarının, həmçinin Novruz şənliklərinin Zaqatala qalasının ərazisində keçirilməsi artıq ənənə halını alıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar