Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diasporumuz Britaniya Parlamenti önündə etiraz aksiyası keçirib - Fotolar

London şəhərinin Parlament Meydanında hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Azərbaycan diaspor təşkilatlarının, türk diasporunun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. 

Görkəmli dövlət xadimi Uinston Çörçilin abidəsinin yerləşdiyi meydanda iki saat davam edən aksiya zamanı “Ermənistanın Azərbaycandakı ekoloji terroru dayandırılsın!”, “Ermənistanın Qafqazda ətraf mühiti dağıtmasına son qoyulsun!”, “Ermənistanı dayandırın. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və ekologiyamızın məhv edilməsinə son qoyulsun!”, “Erməni ekosidini dayandırın!”, “Erməni minaları = müharibə cinayətlər!”, “Biz ədalət tələb edirik!”, “Günahsız mülki vətəndaşlardan sonra Ermənistanın növbəti hədəfi bizim təbiətimizdir”, “Ermənistanın minaları mülki vətəndaşları öldürür” şüarlarının və çağırışlarının əks olunduğu plakatlar nümayiş etdirilib.

Britaniyadakı soydaşlarımız bu addımla Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoyulması tələbi ilə fasiləsiz aksiya keçirən azərbaycanlı ekofəalları və qeyri-hökumət təşkilatları nümayəndələrini dəstəklədiklərini bəyan ediblər.

Aksiya çərçivəsində Londonin mərkəzi küçələrində yerli sakinlərə Ermənistan tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisində ekoterror törətməsi ilə bağlı məlumatlandırıcı vərəqələr də paylanıb.

Fotolar

pia.az 


Etiket: Etiraz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar