Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşər Əsəd İranın əsl sifətini gördü: İran Suriyanı neftlə təhdid edir…

Tehran öz təhdidini yerinə yetirsə və Dəməşqə ucuz neft satmasa, Əsədin hansı seçimləri var?..

Emel Abdulaziz Hezzani, Səudiyyə Ərabistanı
The İndependent qəzeti

Suriya və suriyalıların başına gələn ən pis şey İranın təxminən 10 il əvvəl onların ölkəsinə nüfuz etməsi və tamamən ölkənin içinə girməsidir.

Girdikləri hər ölkədə İranın səpdiyi toxumların nəticələri heç kimə sir deyil; dağıntılar, satılmış vicdanlar, korrupsiya və ən əsası xalqların öz milli kimliklərinin kökünü kəsmək, onları ideoloji və ya maliyyə səbəblərindən vətəninə sədaqətdən təcrid etmək cəhdləri…

Suriyada iranlılar, İŞİD üzvləri, ruslar, türklər və kürdlər var, hər biri öz tərəfini tutur, lakin digərlərinin əməkdaşlıq münasibətlərini nəzərə alsaq, İranın mövcudluğu onların arasında ən pisidir.

ABŞ-da nəşr olunan “The Wall Street Journal” İranın Suriya rejiminə qarşı yeni və kəskin mövqeyi ilə bağlı bunları yazıb:

“Artıq ucuz və nisyə neft yoxdur. Bunlar rejim üçün çətin şərtlərdir, bəs səbəblər və tələblər nədir?

İran Bəşər Əsəd rejiminə nefti bazar dəyərinin yarı qiymətinə, barelini 30 dollardan, əsasən kreditlə verirdi. İndi bu yumşaq mövqe sərtləşib.

Bu mövqe sərtləşməsində iqtisadi motivin olması şübhəsizdir, lakin regional səviyyədə görünməyə başlayan fikir ayrılıqları da səbəblər sırasındadır.

İqtisadi aspekt, İrana qarşı iqtisadi təzyiqlər, qlobal enerji böhranı, Ukrayna müharibəsi, İranın nüvə məsələsinin həlli gözləntilərinin azalması, bir sözlə, bütün bu amillər dünyaya təsir edən qorxularla birlikdə sanksiyalardan əziyyət çəkən İrana daha çox təsir göstərib.

Aylardır davam edən etiraz aksiyaları ilə Tehranda qərar qəbul edənlərin boynundakı ip getdikcə daralır. İran Suriyaya ayda 2 milyon barel neft verir ki, bu da bütün ehtiyaclarını ödəmir, lakin xüsusilə qışda onun üçün zəruridir.

Bu çətin dövrdə neft çatışmazlığının böyük təsiri var və müttəfiq Əsədə bu təzyiq iki tarixi müttəfiq arasındakı münasibətlərdə sürüşmənin göstəricisidir.

Yada salaq ki, Suriya Bəşər Əsədə qədər də İranın tərəfində idi. Səddam Hüseyn və Xomeyni arasında 8 illik müharibədə Suriya İraqa qarşı İrana həm hərbi, həm də media dəstəyi vermişdi. Bu, İran rejimində başqalarının görmədiyini gördüyünə inanan Hafiz Əsədin strategiyası idi.

Ancaq iki gün əvvəl Dəməşqə səfəri zamanı Bəşər Əsəd İranın xarici işlər naziri Əmir Həsən Abdullahiyandan xoşuna gəlməyən şeylər eşitdi: Şam əvvəlcədən və nağd şəkildə, əvvəlki qiymətdən iki dəfə yüksək - təxminən 70 ABŞ dollardan ödəniş etməsə, Tehran neft göndərməkdən imtina edəcək.

İran Bəşər Əsədə çox qəzəbli görünür və regional problemlərlə bağlı siyasi məsələlərə uyğun hərəkət edir.

Bu yaxınlarda Türkiyə-Suriya yaxınlaşması Tehran tərəfindən təqdir edilməyib. Yaxınlaşma əvvəldən suriyalıların maraqlarına uyğun olmayan düşmənçilikdən sonra baş verdi.

Düşmənçilik dedikdə, Suriyanın şimalında türklərlə YPG arasında illərdir davam edən qarşıdurmaları, sanki Dəməşq rejiminə aidiyyəti olmayan münaqişələri nəzərdə tuturuq.

İranın isə hər hansı bir ölkəyə təcavüzü ideyası həmin ölkənin onun suverenliyini məhv etməkdən ibarətdir. Yəmən, Livan və İraq bunun bariz nümunələridir.

Bəşər Əsəd heç olmasa, daha çox çöküş yaşamadan şərtləri qorumağa çalışır, buna görə də o, türklərlə Rusiyanın vasitəçiliyi ilə barışıq əldə etməyə və onların ortaq düşməni olan, şimalda ABŞ-ın dəstəklədiyi qüvvələrə qarşı mübarizə aparmaq üçün razılaşma əldə etməyə çalışır. Bu Suriya-Türkiyə yaxınlaşması geosiyasi və iqtisadi dəyişikliklərin vətəndaş müharibəsi başlayandan bəri gərginləşən münasibətlərə yenidən baxmağa vadar etdiyinin göstəricisi ola bilər.

Onu da unutmayaq ki, ruslar və iranlılar Suriya tortunu paylaşanda dost deyildilər, baxmayaraq ki, Moskva onların ikisini, Bəşər Əsədi və İran rejimini qaçılmaz süqutdan xilas etdi.

Bu gün Rusiya-İran münasibətləri Ukrayna müharibəsi səbəbindən fərqli xarakter alır. Tehran Moskvaya PUA-lar yollayarkən, Moskva təyyarələri üçün alıcılar axtarır və Tehran şərtlərin pisliyinə baxmayaraq təyyarəni almağa hazırdır. Bunlar sərlöhvəsi “Səndələyən bir beynəlxalq iqtisadi sistemin ortasında hərbiləşdirmə” olan qarışmış dosyelərdir.

Bəs Tehran öz təhdidini yerinə yetirsə və Dəməşqə ucuz neft satmağı dayandırsa, Əsədin variantları hansılardır?
Bölgədə başqa mənbə axtarmaq bir seçimdir, bu halda Türkiyə, Əlcəzair və Misirin enerji resursları var, lakin onların iqtisadiyyatları fədakarlıq edəcək səviyyədə deyil.

Körfəz ölkələri isə iqtisadi təzyiqlərə müqavimət göstərən və möhkəm təməl üzərində dayanan ölkələr kimi görünür.

BƏƏ Bəşər Əsədlə münasibətlərini yaxşılaşdırmaq təşəbbüsü ilə çıxış edir və bu, Tehranla münasibətlərdə soyuqluq yarandığı üşün Dəməşqi enerji kəsintisi ilə hədələyən Tehranın addımları Əsədi qane etməzsə, nəzərdən keçirilməli variant kimi qəbul edilə bilər.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar