Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov özünü “yaponiyalı jurnalist” kimi təqdim edən ermənini ələ saldı

Lavrovun brifinqində Azərbaycan və Ermənistan mediasının təmsilçilərinə sual vermək imkanı yaradılmayıb...

Rusiya xarici işlər naziri Sergey Lavrovun 2022-ci ilin yekunları ilə bağlı mətbuat konfransında Yaponiya nəşrini təmsil edən jurnalistin Laçın yolu ilə bağlı sual verməsi rusiyalı naziri təəccübləndirib.

APA xəbər verir ki, Lavrovun illik brifinqinin sonuna yaxın Rusiya XİN rəsmisi Mariya Zaxarova son iki sual vermək imkanını ölkəsinə dost olmayan dövlətlərin mediasına təqdim etməyi təklif edib.

Yaponiyanın “Ci-Ci Press” nəşrinə sual vermək imkanı yaradılıb. Özünü təqdim edən “yaponiyalı jurnalist” Meri Gevorkyan əslən erməni olduğuna görə Laçın yolu ilə bağlı sual verəcəyini söyləyib.

Lavrov isə “yaponiyalı jurnalist”in Laçın yolu ilə bağlı sualına ironiya ilə “Yaponiya üçün ən başlıcası Laçın yoluna aid olan sualdır” deyə cavab verib.

Qeyd edək ki, Lavrovun brifinqində AzərbaycanErmənistan mediasının təmsilçilərinə sual vermək imkanı yaradılmayıb. Rusiya XİN başçısı bununla belə, Belarusun “Belta” agentliyinin müxbirinin KTMT ilə bağlı sualına cavabında Azərbaycan-Ermənistan sərhədindəki və “yaponiyalı jurnalist”in məlum sualına cavabında isə Laçın yolundakı vəziyyətlə bağlı danışıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar