Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan çempionatında oynamaq asan deyil” - Da Silva

Hər birimiz mövsümün ikinci yarısına hazır olmaq üçün öz üzərimizdə səylə çalışırıq...

“Sabah”ın braziliyalı futbolçusu Kristian Da Silva peşəkar karyerasına 2009-cu ildə ölkəsində “Tuna Luso” klubunda başlayıb.

Braziliyada müxtəlif komandaların formasını geyinən yarımmüdafiəçi 2014-cü ildə Avropaya köçüb.

34 yaşlı orta sahə oyunçusu bu müddət ərzində Kiprdə APOEL, Rumıniyada ÇFR, Portuqaliyada “Nasional”, “Pakuş Fereyra”, “Feyrense”, “Kasa Pia” və “Koimbra” klublarında oynayıb.

2022-ci ilin yanvarından “Sabah”ın şərəfini qoruyan Kristian Da Silva “Report”a müsahibəsində həm cari mövsümün ilk yarısını dəyərləndirib, həm də qarşıdakı hədəflərindən bəhs edib.

- Mövsümün ikinci yarısına hazırlıqlar necə gedir?
- Hazırlıqlar yaxşı gedir. Türkiyədə hazırlıq üçün hər cür şərait var. Fikrimcə, təlim-məşq toplanışının sonuna kimi mövsümün ikinci yarısına tam hazır olacağıq.

- İlk yarıdakı yorğunluğu üzərinizdən tam ata bilmisiniz?
- Əlbəttə, Antalya toplanışına gələndə mövsümün ilk yarısında olan yorğunluğu üzərimizdən atmaq, istirahət etmək üçün kifayət qədər vaxtımız oldu. Hər birimiz mövsümün ikinci yarısına hazır olmaq üçün öz üzərimizdə səylə çalışırıq.

- Mövsümün geridə qalan hissəsini çoxlarının gözləmədiyi şəkildə uğurlu keçirdiniz. Bu performansı ikinci yarıda davam etdirmək çətin olmayacaq?
- İnsanların bizim çıxışımız barədə bu cür düşünməsi çox xoşdur. Doğrudan da, mövsümün ilk yarısında yaxşı nəticə qazandıq. Lakin bununla kifayətlənmək olmaz. Qarşıda bizi uzun marafon gözləyir. Əlimizdən gələni edəcəyik ki, eyni tempdə davam edək.

- Çempionatın lideri “Qarabağ”dan 7 xal geri qalırsınız. Onlarla çempionluq mübarizəsində şansınızı necə görürsünüz?
- Biz turnir cədvəlinə baxmırıq. Yalnız hər növbəti matçımıza köklənirik.

- Şəxsi planda qeyri-sabit göründünüz, əsas heyətin daimi üzvü deyildiniz. Bu, sizi narahat etmir?
- Bildiyiniz kimi, mövsüm başlamamış zədə almışdım. Bu səbəbdən əməliyyat olundum. Düzü, bu cür zədəni heç gözləmirdim. Əməliyyatdan sonra bərpa olunmaq üçün müəyyən vaxta ehtiyac var idi. Məhz bu üzdən mövsümün ilk yarısının böyük hissəsində komandama kömək edə bilmədim. Ancaq indi özümü yaxşı hiss edirəm. İnanıram ki, ikinci yarıda komandamın uğurlarına öz oyunumla töhfə verəcəyəm.

- Braziliya, Kipr, Rumıniya, Portuqaliya kimi ölkələrdə çıxış etmisiniz. Azərbaycan Premyer Liqasının onlardan nə kimi oxşar və fərqli cəhətləri var?
- Bunu demək çətindir. Hər liqanın özünəməxsus, spesifik xüsusiyyətləri var. Sadəcə onu deyə bilərəm ki, Azərbaycan çempionatında oynamaq heç də asan deyil. Burada da yaxşı komandalar var.

pia.az


Etiket: Da Silva


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - Video

Ən çox oxunanalar