Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojin: Rusiyada YouTube bağlanacaq və ona baxan insanlar cəzalandırılacaq

Biznesmen YouTube-un bağlanmasına qarşı çıxanları vətən xaini adlandırıb…

PİA.az xəbər verir ki, rusiyalı iş adamı və “Vaqner qrupu”nun təsisiçisi Yevgeni Priqojin, özünə aid olan “Конкорд” şirkətinin mətbuat xidmətinin Telegram kanalına verdiyi açıqlamada yaxın vaxtlarda Rusiyada YouTube xidmətinin bağlanacağını və istifadəçilərinin isə cəzalandırılacağını açıqlayıb.

“YouTube tezliklə bağlanacaq. YouTube-dan aktiv istifadə edənlər isə öz növbəsində müəyyən ediləcək və layiqli cəzasını alacaqlar”, deyə Priqojin vurğulayıb.

Biznesmenin sözlərinə görə, YouTube məzmununun təxminən 40%-nin siyasiləşdirilərək Rusiyaya qarşı yönəlməsinə baxmayaraq, prezident administrasiyasında çoxlu sayda adam bu sosial şəbəkənin bağlanmasına mane olur.

Biznesmen YouTube-un bağlanmasına qarşı çıxanları vətən xaini adlandırıb. O, bildirib ki, xaricdə yaşayan, istirahət edən və uşaqlarını böyüdən, həmçinin Ukraynayönlü YouTube kanallarını fəal şəkildə dinləyənlər rus xalqına və dövlətinə xəyanət edirlər.

Priqojin qeyd edib ki, YouTube-a alternativ VKontakte, Odnoklassniki, həmçinin RuTube, YARUS sosial şəbəkəsi və Ark platformasının resursları ola bilər.

Qeyd edək ki, bir müddət əvvəl “Qazprom-Media”nın rəhbəri Aleksandr Jarov bildirmişdi ki, platforma sistemli və qəsdən qanunları pozmağa davam edərsə, Rusiya “YouTube”u bloklamaq barədə düşünəcək. Eyni zamanda, o, Rusiya Federasiyasının qlobal internetdən ayrılması ilə bağlı müzakirələri “divan analitiklərinin qeybəti” olduğunu bildirmişdi və YouTube-un hipotetik şəkildə bloklanmasından sonra izləyicinin yenidən bölüşdürülməsini diqqətlə izləmək lazım olduğunu qeyd etmişdi.

Onun sözlərinə görə, YouTube bloklanarsa, bəzi istifadəçilər VPN-dən istifadə edərək platformada “oturmağa” davam edəcək, digər hissəsi isə Rutube-ə keçə bilər. Jarov bildirib ki, Rusiya hostinqi ötürmə qabiliyyətini və server qrupunu artıra bilər. Onun sözlərinə görə, bu, məzmun üçün o qədər də çətin deyil, lakin Rutube 2 milyard insanın istifadə etdiyi Qərb platformasındakı qədər material yerləşdirməyi planlaşdırmır.

Xatırladaq ki, son zamanlar Rusiya Prezident admintrasiyası ilə “Vaqner qrupu”nun təsisiçisi, iş adamı Yevgeni Priqojin arasında qarşıdurma yaranıb. Rusiya rəsmilərinin bəziləri hətta “Vaqner qrupu”nu qanundankənar hərbi birləşmə adlandırırlar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar