Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki div arasında bir cırtdan: Türkmənistan Rusiya ilə Çinin məngənəsində…

Son 30 ildə Rusiya Türkmənistan üçün hər cür təhlükəsizlik insidentlərinə görə bölgənin polisi, Çin isə regionun bankı kimi çıxış edib…

Esedullah Oğuz
Independent Türkçe, 17 yanvar 2023-cü il

Türkmənistanın gənc lideri Sərdar Berdiməhəmmədovun yanvarın 5-də Çinə rəsmi səfəri diqqətdən yayınmayıb və bir çox paytaxtlarda “Görəsən, Sərdar bəy Si-dən nə istəyir?” sualına səbəb olub.

İllərdir Orta Asiyada baş verən prosesləri izləyən bir jurnalist kimi gəlin bu suala cavab verməyə çalışaq.

Digər Orta Asiya Respublikaları kimi Türkmənistan da iki böyük qonşusu arasında heç bir yol qəzası törətmədən öz yolunu tapmağa və irəliləməyə çalışan kiçik bir ölkədir.

Aşqabadın siyasəti iki nəhəng Çin və Rusiyanı qəzəbləndirəcək hər hansı hərəkətdən qaçmaq, lakin onlarla münasibətləri lazım olduğu qədər isti və balanslı saxlamaqdır.

Son 30 ildə Rusiya Türkmənistan üçün hər cür təhlükəsizlik insidentlərinə görə bölgənin polisi, Çin isə regionun bankı kimi çıxış edib.

Beləliklə, bütün Orta Asiya respublikaları təhlükə hiss etdikdə Moskvaya, pul lazım olanda Pekinə üz tuturdular.

Xarici dünya ilə çox məhdud əlaqələri olan Türkmənistanın gəliri iki ildir davam edən COVID epidemiyası zamanı xeyli azalıb. Bu səbəbdən də iqtisadi dalana düşən Türkmən hökuməti dövlət qulluqçularının belə, maaşlarını uzun müddətdir ki, gecikmə ilə verir. Ölkənin daha 4 böyük şəhərində, xüsusən də Aşqabadda çörək sexlərinin qarşısında uzun növbələr illərdir adi mənzərəyə çevrilib. Sərdar Berdiməhəmmədov da özündən əvvəlki türkmən liderləri kimi bütün bu iqtisadi problemləri həll etmək və dövlətin gəlirlərini artırmaq üçün Pekinə üz tutub.

Onun üçün gündəmdəki ən mühüm məsələ Türkmənistandan Çinə ikinci təbii qaz kəmərinin çəkilməsidir.

İkinci boru kəməri ilə Türkmənistan Çinə daha çox qaz sataraq dövlətin gəlirlərini artıra bilər. Ancaq nədənsə Çin işləri ləng aparır. Çünki Türkmənistan Çinə qaz tədarük edən yeganə ölkə deyil. Pekin Rusiya, Qazaxıstan və İrandan başqa bir çox ölkələrdən qaz və neft idxal edir. Ona görə də türkmən qazına o qədər də ehtiyac duymur.

Türkmənistanda isə vəziyyət əksinədir. Çin türkmən qazının ən böyük idxalçısıdır. Rusiya isə Ukrayna müharibəsi səbəbindən bir müddət Türkmənistandan qaz almağı dayandırdıqda, Aşqabadın da gəlirləri xeyli azalıb.

Türkmənistan üçün qaz və neft ixracı ölkənin yeganə gəlir mənbəyi və variantıdır. Türkmənistan Çindən geniş çeşiddə mallar, xüsusilə ərzaq və sənaye məhsulları idxal edir və bunun əvəzini isə təbii qazla ödəyir. Ona görə də Türkmənistanda mağaza rəflərini doldurmaq, aclıq və çörək növbələrini aradan qaldırmaq üçün Çinlə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi zərurətdən artıq görünür.

Bu vəziyyətdən xəbərdar olan Çin Türkmənistan tərəfindən daha çox güzəşt əldə etmək üçün ləng davranır.

Təbii ki, Türkmənistan iqtisadi cəhətdən Çindən daha çox asılı vəziyyətə düşdükcə, köhnə qardaşı Rusiyanı da nəzərə almalıdır.

Rusiya Mərkəzi Asiya ilə kifayət qədər maraqlanmır, çünki o, Ukrayna kimi daha aktual məsələlərlə məşğul olur, lakin Moskva özünün köhnə bağşası kimi gördüyü Mərkəzi Asiyaya həmişə diqqət yetirir. Moskvanın ən böyük narahatlığı odur ki, bağçaya yad adamlar dadanmasın. Amma bağ artıq qonşunun girib-çıxdığı əraziyə çevrilib.

Türkmənistanın ən böyük problemi siyasi, coğrafi və iqtisadi baxımdan Çin və Rusiya arasında ilişib qalmasıdır. Ancaq edilməsi lazım olan bu asılılığı aradan qaldıracaq başqa variantlara müraciət etməkdir. Bunlardan biri Yaponiya, Aİ və ABŞ kimi güclərdən investisiya cəlb etmək, bununla da gəlir mənbələrini və seçimlərini diversifikasiya etməkdir.

Azad dünya ilə əlaqə orta əsrlərin qaranlığında sıxışan dustaq kimi kamerada təcrid olunmuş həyat tərzi keçirən Türkmənistan xalqı üçün azadlıq vadisinin qapısını aça bilər. Amma Sərdar və atasının qorxduğu və nəyin bahasına olursa olsun, qarşısını almağa çalışdığı da məhz budur.

Bu səbəbdən Türkmənistan dövləti öz vətəndaşlarının ölkədən çıxışını məhdudlaşdırmaqla yanaşı, xaricilərin ölkəyə girişini də çətinləşdirib. Aşqabadın öz xalqını xarici aləmdən təcrid etmək siyasəti Moskva və Pekinə də sərfəli olduğundan, Sərdar və atasını bu istiqamətə təşviq edirlər. Çünki azad dünya ilə əlaqələr nə qədər məhdud olsa, Moskva və Pekindən asılılıq da bir o qədər artacaq.

Amma inkişaf edən internet sayəsində fərdlər və millətlər arasında münasibətlərin bu qədər geniş vüsət aldığı və xəbərlərin bir saniyə fərqlə dünyanın o ucuna çatdığı bir dövrdə azadlıqların qarşısında dayanmaq günəşi palçıqla örtməkdən fərqli olmamalıdır.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar