Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynalı mülki vətəndaşlar Rusiyanın həbsxanalarında ya yoxa çıxır, ya da öldürülür

Vita Hannıç Rusiya qüvvələrinin işğalından sonra aylarla əsir saxlanılmış çoxsaylı dinc ukraynalıdan biridir…

Onun qızı Alina Kapatsina tez-tez yuxuda görür ki, anası ona telefonla zəng edir. Bu yuxularda anası ona evə qayıtdıqlarını söyləyir.

Hərbi geyimli şəxslər aprel ayında 45 yaşlı Vita Hannıçi Ukraynanın şərqindəki evindən aparıblar. Ailəsi çox sonradan öyrənib ki, uzun müddətdir beyin kistasına görə qıcolmalardan əziyyət çəkən Hannıç Donetsk vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsində həbsdədir.

Kapatsina Associated Press-ə bildirib ki, anasının nə üçün saxlandığı aydın deyil: “O, dinc, mülki və xəstə bir insandır və heç vaxt da əlindəsilah tutmayıb”.

Hannıç Rusiya qüvvələrinin işğalından sonra aylarla əsir saxladığı çoxsaylı ukraynalı mülki şəxslərdən biridir. Bu insanların əksəriyyət heç vaxt döyüşlərdə iştirak etməsələr də, onlar hərbi əsir kimi saxlanılırlar. Bir çoxları bir növ hüquqii qeyri-müəyyənlik içərisindədir: nə onlara qarşı hansısa cinayət ittihamı irəli sürülüb, nə də hərbi əsir olduqları deyilib.

Fevralın 24-də işğaldan bir neçə həftə sonra Volodimirovka kəndini işğal edən rus qüvvələri tərəfindən ələ keçirilən zaman Hannıç yalnız idman kostyumu və çəkələk geyinmişdi. Ailəsi əvvəlcə onun tezliklə evə qayıdacağını düşünürdü. Rusiya qüvvələrinin insanları “filtirasiyadan keçirmək” üçün iki və ya üç gün saxlayıb, sonra buraxdıqları məlum idi. Lakin uzun müddət keçməsinə baxmayaraq Hannıçdən xəbər çıxmayıb. Kapatsina deyir ki, Hannıçin hərbi və ya hüquq-mühafizə orqanları ilə heç bir əlaqəsi olmayıb.

Sərbəst buraxılmayanda, Kapatsina və onun 64 yaşlı nənəsi axtarışa başlayıb. Əvvəlcə Donetsk vilayətindəki məmurlara və dövlət orqanlarına məktublar yazıb və səfərlər ediblər, lakin heç bir nəticə əldə etməyiblər.

“Hər yerdən verilən cavablar eyni idi: “Biz onu aparmamışıq. O zaman onu kim aparıb?”, deyə Kapatsina soruşur.

Sonra, nəhayət, bir az da olsa məlumat əldə olunub: Moskvanın Donetsk vilayətində yaratdığı prokurorluğun məktubuna əsasən, Hannıç Rusiyanın nəzarətində olan başqa bir şəhər olan Olenivkada həbsdə saxlanılır.

Həbsxana işçiləri Kapatsınanın nənəsinə Hannıçın snayper olduğunu söyləyib. Lakin tibbi qeydlərdən onun beyin kistası, həmçinin “qalıq ensefalopatiya” və “ümumi konvulsiv hücumlar”dan əziyyət çəkdiyi məlum olur.

Hannıçla eyni müəssisədə 100 gün keçirən Anna Voroşeva bərbad, qeyri-insani şəraitdən danışıb: “Çirkli içməli su, istilik və ya duşun olmaması, məhbusların növbə ilə yatmaq məcburiyyətində qalması və işgəncədən qışqıran yeni məhbusların fəryadları…”, deyə Voroşeva həbsxanadakı vəziyyəti təsvir edib.

46 yaşlı Voroşeva deyir ki, “nasistlər haqqında gülüşlər və zarafatlar” istisna olmaqla, ona nə üçün saxlandığı barədə heç bir məlumat verilməyib. O, həmçinin rusların ona dediklərindən sitat gətirir: “Sevin ki, səni döymürük”.

Donetsk hakimiyyəti Hannıça əsir damğası vurub və bu yaxınlarda ailəsinə onun işğal altındakı Mariupol şəhərində həbsdə olduğunu bildirib. Onun nə vaxt azadlığa çıxa biləcəyi hələ də bəlli deyil.

Ukraynanın insan haqları təşkilatı olan Vətəndaş Azadlıqları Mərkəzi müharibə başlayandan bəri Rusiya tərəfindən əsir götürülən, yarıdan çoxu hələ də həbsdə olan 900-ə yaxın mülki şəxslə bağlı müraciət edib.

Ukraynanın insan haqları üzrə nümayəndəsi Dmitri Lubinets bu rəqəmin daha çox olduğunu və cümə gününə qədər onun ofisinə Rusiya tərəfindən saxlanılan 20 mindən çox “mülki girov”la bağlı sorğuların daxil olduğunu söyləyib.

Rusiyalı vəkil Leonid Solovyov AP-yə bildirib ki, o, Ukrayna vətəndaşları ilə bağlı 100-dən çox sorğu toplayıb. Vəkil bildirib ki, Nikita Şkryabon adlı gəncin tapılması üçün 30-40 nəfərə sorğu toplayıb. Şkryabinin həbsdə saxlanılması üçün heç bir hüquqi əsas yoxdur. Ukraynanın şimal-şərqindəki Xarkov vilayətindən olan tələbə mart ayında Rusiya hərbçiləri tərəfindən əsir götürülüb və o vaxtdan heç bir ittiham irəli sürülmədən və heç bir məhkəmə prosesi aparılmadan saxlanılıb.

Anası Tatyananın dediyinə görə, o zaman 19 yaşlı Şkriabin ailəsi ilə birlikdə zirzəmidə bombalardan qorunurmuş. Bambardman fasiləsi zamanı o, təchizat üçün çölə çıxıb və bir daha geri qayıtmayıb.

Tatyana Şkriabina AP-yə bildirib ki, rus əsgərlərinin oğlunu ələ keçirdiyini şahidlərdən öyrənib.

Aylar sonra Solovyov Rusiya Müdafiə Nazirliyindən Şkriabinin “xüsusi hərbi əməliyyata müqavimət göstərdiyinə” görə saxlanıldığına dair cavab alıb. Solovyovun sözlərinə görə, Rusiyadakı qanun kitablarında belə bir hüquq pozuntusu yoxdur və belə olsa belə, Şkriabinə qarşı rəsmi ittiham irəli sürülməli və təhqiqat aparılmalıydı. Nazirlik onun harada olduğunu açıqlamaqdan imtina edib.

Üstəlik, Solovyov həbslə bağlı Rusiya İstintaq Komitəsinə şikayət ərizəsi verərkən Şkriabinə qarşı cinayət işi açılmadığını, onun nə şübhəli, nə də təqsirləndirilən şəxs olduğunu bildirib.

Əsirlikdə 20 yaşı tamam olan Şkriabinə əsir damğası vurulmayıb. “Onun hüquqi statusu sadəcə girovdur”, deyə Solovyov əlavə edib.

Rusiya Müdafiə NazirliyiDaxili İşlər Nazirliyi AP-nin sorğusuna cavab verməyib.

Digər məhbusların vəziyyəti də Şkriabin və Hannıxın işlərinə çox oxşardır.

May ayında Rusiya qüvvələri informasiya texnologiyaları üzrə mütəxəssis İrina Horobtsovanı Moskvanın cənubunda yerləşən Xerson şəhərində saxlayıblar. Bacısı Yelena Korniinin dediyinə görə, onlar onun mənzilinə basqın edərək noutbuk, iki mobil telefon və bir neçə fleş disk götürüblər, sonra isə onu da aparıblar. Valideynlərinə o axşam evdə olacağına söz veriblər, amma bu baş verməyib.

Kornii bildirib ki, Horobtsova saxlanılmazdan əvvəl sosial şəbəkələrdə müharibə əleyhinə çıxış edib.

“O, heç bir Ukrayna qanununu pozmayıb” deyən Kornii, bacısının ordu ilə heç bir əlaqəsi olmadığını qeyd edib.

Horobtsovanın vəkili Emil Kurbedinov Federal Təhlükəsizlik Xidmətindən onun hələ də həbsdə olduğunu öyrənib. Moskvanın ilhaq etdiyi Krımın Daxili İşlər Nazirliyi ona bildirib ki, Horobtsova oradakı təcridxanadadır. Kurbedinov ona baş çəkmək istəyəndə məmurlar belə məhbusların olduğunu etiraf etməkdən imtina ediblər. Kurbedinov onun qanunsuz həbsdə saxlandığını bildirir.

Zaporojiya vilayətinin işğal olunmuş Enerqodar şəhərinin meri Dmitri Orlov da müavininin taleyini eyni cür təsvir edir. Orlov bildirib ki, İvan Samoydyuk mart ayında Zaporojiya Atom Elektrik Stansiyası ələ keçirildikdən az sonra rus əsgərləri tərəfindən əsi götürülüb və ona qarşı heç bir ittiham irəli sürülməyib.

“Onun sağ olub-olmamasından belə əmin deyilik!”, deyə, mer bildirib. “Ruslardan mer müavininin taleyi ilə bağlı aydınlıq əldə edə bilmiriksə, sadə Ukrayna vətəndaşlarının taleyini təsəvvür edin”, deyə o, əlavə edib.

Vətəndaş Azadlıqları Mərkəzinin Ekspert Şurasının əməkdaşı Mixailo Savva bildirib ki, Cenevrə Konvensiyaları dövlətə mülki şəxsləri işğal olunmuş ərazilərdə müvəqqəti saxlamağa icazə verir, lakin “bu mülki şəxsin saxlanmasına səbəb olan şərt aradan qalxan kimi, həmin şəxs azad edilməlidir”.

Savva həmin mülki şəxslərin beynəlxalq hüquqa əsasən hərbi əsir elan edilə bilməyəcəyini vurğulayıb.

Human Rights Watch təşkilatının baş elmi işçisi Yuliya Qorbunova bildirib ki, beynəlxalq hüquq müharibə edən tərəfə mülki vətəndaşı öz ərazisinə və ya işğal etdiyi əraziyə zorla köçürməyi qadağan edir və bu, müharibə cinayəti sayıla bilər. Əsirlər dəyişdirilə bilər, lakin döyüşməyənləri dəyişdirmək üçün heç bir hüquqi mexanizm yoxdur.

Müharibə başlayandan bəri Kiyev az sayda vətəndaşını geri qaytara bilib. Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib ki, 2022-ci ildə 132 mülki şəxs Rusiya əsarətindən geri qaytarılıb.

Ukraynanın insan haqları üzrə ombudsmanı Lubinets bu ay rusiyalı həmkarı Tatyana Moskalkova ilə görüşüb.

O, Moskalkovaya Rusiya tərəfindən saxlandığını söylədiyi 20 min ukraynalı mülki vətəndaşın siyahısını verdiyini və “Rusiya tərəfi onların harada, hansı vəziyyətdə və nə üçün saxlandıqlarını öyrənməyə razılıq verdiyini” söyləyib.

Lubinets bildirib ki, belə bir məlumat əldə edildikdən sonra “onların qaytarılması proseduru” məsələsi qaldırılacaq.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar