Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyev ev tapşırıqlarını yerinə yetirib...

Fevralın 3-də Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək…

Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar 2023-cü ilin payızından yazına keçirilib. PİA.az xəbər verir ki, bu barədə Ali Radanın “Doverie” partiyasından olan xalq deputatı Larisa Bilozir “Rada” kanalının efirində bildirib. Parlamentar onu da əlavə edib ki, “Kiyev ev tapşırığını tam yerinə yetirib”.

“Ukrayna ev tapşırığını tam yerinə yetirib və Ali Rada bütün lazımi qanun layihələrinin lehinə səs verib. Buna görə də artıq Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar 2023-cü ilin payızından 2023-cü ilin yazına keçirilib”, deyə deputatı bildirib.

Larisa Bilozir həmçinin xatırladıb ki, 2023-cü il fevralın 3-də Ukrayna-Avropa İttifaqı sammitində prezident Vladimir Zelenski, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak edəcəklər.

Qeyd edək ki, bu məlumatı İsveçin Aİ-dəki daimi nümayəndəsi Lars Danielsson da təsdiqləyib və qeyd edib ki, sammit Ukrayna paytaxtında keçiriləcək.

Xatırladaq ki, Vladimir Zelenski 2022-ci il fevralın 28-də Ukraynanın Aİ-yə daxil olması üçün ərizə imzalayıb. Həmin ilin iyununda Avropa Parlamenti Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyən qətnamə qəbul edib.

Ukrayna da bir sıra islahatların aparılması üçün Avropa Komissiyasından bir sıra tələblər alıb. Digər məsələlərlə yanaşı, Ukrayna hökuməti Konstitusiya Məhkəməsində islahatlar aparmalı, korrupsiyaya qarşı mübarizəni gücləndirməli, anti-oliqarxiya qanunu təqdim etməli və media haqqında qanun qəbul etməli idi.

Xatırladaq ki, 2022-ci ilin mayında Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentində çıxışı zamanı Ukraynanın Aİ-yə daxil olmasının onilliklər çəkə biləcəyini bildirmişdi. Alternativ olaraq, Fransa lideri “paralel Avropa icması” yaratmaq ideyasını irəli sürüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar