Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toydan sərxoş çıxan kişi qaçırdığı avtomobildə yatıb qaldı

Hadisə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 36 nömrəli evin qarşısında qeydə alınıb...

Sumqayıt Şəhər Məhkəməsində avtomobil qaçırmaqda təqsirləndirilən Elman Qadirovun (ad-soyad şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, altı ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 36 nömrəli evin qarşısında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Elman Qadirov sərxoş vəziyyətdə ərazidə olan avtomobilin qapısının açıq olmasından istifadə edib sükan arxasına oturmaqla mühərriki işə salaraq Sumqayıt şəhəri, Novxanı bağlar massivi istiqamətində hərəkət edib. Məhkəmə iclasında Elman Qadirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, hadisə günü axşam saatlarında Sumqayıt şəhəri ərazisində yerləşən “Bəyaz” şadlıq sarayında toyda olub. O, toyda spirtli içki qəbul edib. Həmin vaxt qardaşı da toyda olub. Təxminən saat 23 radələrində onlar toydan çıxıblar. Onlar Novxanı bağlar massivinə çatan zaman DYP əməkdaşları qardaşının maşınını saxlayıblar. Qardaşı avtomobili içkili idarə etdiyi üçün maşını cərimə meydançasına aparıblar. Bir az keçdikdən sonra Elman da cərimə meydançasına gedib. O, orada qardaşını tapa bilməyib.

Elman saat 02 radələrində sərxoş vəziyyətdə evə qayıtmaq istəyərkən İnşaatçılar qəsəbəsi ərazisində yerləşən fərdi evlərdən birinin qarşısında qara rəngli VAZ-2107 markalı avtomobilin dayandığını görüb. O, avtomobilə yaxınlaşaraq qapısını açıb. Açar maşının üstündə olduğu üçün mühərrikini işə salıb. Elman maşını sürüb Novxanı bağlar massivi ərazisinə gedib, gecə isə avtomobilin içində yatıb. Oyandıqdan sonra isə avtomobili həmin ərazidə, bağların arasında saxlayıb evə gedib.

Elman Qadirovun sözlərinə görə, özünə gəldikdən sonra maşını sahibinə necə qaytarmaq barədə fikirləşib. Sonra günorta saatlarında maşını Sumqayıt Şəhər Polis İdarəsinə gətirərək baş vermiş hadisə barədə məlumat verib. O, avtomobili polis əməkdaşlarına təhvil verib və əməlindən peşman olduğunu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar