Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloomberg: Türkiyə, Rusiya və BƏƏ Əsəd rejimini legitimləşdirmək üçün razılığa gəliblər

Əsəd rejimini legitimləşdirməkdə Türkiyə, Rusiya və BƏƏ-nin ortaq marağı var…

Türkiyə hakimiyyəti Suriya prezidenti Bəşər Əsədin hakimiyyətini legitim hakimiyyət kimi tanımağa hazırlaşır.

PİA.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri Əsəd rejiminin legitimləşdirilməsi üçün birlikdəçalışmağa razılığa gəliblər. Nəşrin yazdığına görə, Türkiyə Əsəd hakimiyyətinin legitimiyini tanımağa və planlaşdırılan reabilitasiyası çərçivəsində iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunmasına hazırlanır. Qeyd olunur ki, Ərdoğan hakimiyyəti Yaxın Şərqdə Türkiyənin mövqelərini gücləndirmək üçün bu addımı atır.

Bloomberg qeyd edir ki, Əsəd rejimini legitimləşdirməkdə Türkiyə, Rusiya və BƏƏ-nin ortaq marağı var. Bu ortaq maraq da, Amerika Birləşmiş Ştatlarını və İranı Suriyadan sıxışdırıb çıxarmaqdır.

Qarşıdan Türkiyədə prezident seçkiləri gəlir və ehtimal edilir ki, Əsəd tərəfi ilə münasibətlərin qurulması Suriyada ABŞ-ın dəstəklədiyi kürdlərin muxtariyyətinin formalaşmasını əngəlləyəcək. Birləşmiş Ərəb Əmirlikləri isə bu yolla İranın Suriyaya təsirini məhdudlaşdırmağa ümid edir.

Qeyd edək ki, daha əvvəl Ərdoğanın Əsədlə görüşəcəyi ilə bağlı xəbərlər yayılır. Ehtimal olunur ki, Türkiyə lideri seçkilərdən sonra Bəşər Əsədlə görüşəcək. Bu barədə Türkiyə prezidentinin nümayəndəsi bildirib ki, hazırda Bəşər ƏsədRəcəb Tayyib Ərdoğan arasında görüş üçün dəqiq tarix yoxdur.

Ötən ilin sonlarında Moskvada Türkiyə, RusiyaSuriya müdafiə nazirlərinin görüşü keçirilib. Türkiyə müdafiə naziri Hülusi Akar bildirib ki, onlar görüşdə Suriyada terrora qarşı mübarizədə geriyə addım atmayacaqlarını birmənalı şəkildə bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar