Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm Həsənov: "Korrupsiyanın, rüşvətxorluğun əsas səbəbkarları qadınlardır..."

“Söhbət qadının fikri ilə hesablaşmamaqdan getmir. Əksinə, sosial şəbəkə paylaşımımda xüsusilə vurğulamışdım ki, ailədə kişi və qadın arasında müzakirələr olmalıdır. Söhbət son sözdən gedir. İstənilən kollegial orqanda, qurumda niyə adətən deyirlər ki, say tərkibi tək olmalıdır, səslər bərabər olmasın. İdarə Heyəti, Müşahidə Şurası haqqında istənilən nizamnamə, əsasnamədə səslər bərabər olduqda sədrin səsi həlledicidir. Ailədə isə iki nəfərdir, say cütdür və hansısa məsələ həll oluna bilmir. Kişi deyir belə, qadın deyir elə olsun. Qanunlara baxsaq, bildirilir ki, belə halda sədrin səsi həlledicidir. Ailənin də sədri, başçısı kimdir? Kişi. Mənim yanaşmam sırf hüquqi yanaşma, qanun məsələsi deyil. Bəziləri dərhal başlayırlar ki, qadınla kişi bərabərdir, vəssalam...”

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, əslində qanunun özündə qadın və kişinin bərabər olmadığına dair xeyli məqam var: “Məsələn, qadınlar hərbi xidmətə getmir, bəs bu, necə bərabərlik oldu? Hər birimizi eyniləşdirən üç ad var – soyad, adımız və ata adımız. Ana adı yoxdur ki. Soyad və adı valideyn seçir, amma ata adını heç kim seçmir, bu, faktdır. Deməli, burda da artıq kişiyə üstünlük verildi. Belə şeylər var. Mən də deyirəm ki, uşağın adının kim tərəfindən qoyulması konkret mübahisə yaradır. Ata deyir “mən bu adı qoyuram”, ana deyir “yox”. Qanun isə deyir ki, mübahisə olsa, bu işə yerli icra hakimiyyətinin qəyyumluq şöbəsi baxır, o da baxa bilməsə, məhkəmə... Hesab edin ki, qəyyumluq idarəsi, yaxud məhkəməsiniz. Kişi və qadın yanınıza gəliblər, uşağın adında razılığa gələ bilmirlər. Hansı meyara görə, nəyi rəhbər tutub birinə üstünlük verəcəksiniz? Yaxud ata və ana boşananda uşağı bir qayda olaraq kimə saxlayırlar? Qadına. Məhkəmələrimiz bu məsələdə qadına üstünlük verirlər. Başa düşmək olar, deyirlər ki, uşağın ana nəvazişinə ehtiyacı daha çoxdur, xüsusən uşaq azyaşlıdırsa. Bəs ad məsələsində hansı meyarı rəhbər tutacaqsınız? Belə meyar yoxdur. Hakim bunu necə həll edəcək? Püşk atacaq? Bu nöqteyi-nəzərdən bir tərəfin sözü həlledici olmalıdır, mən də atanın sözünü həlledici hesab edirəm, ananın yox. Bu, qanun məsələsi deyil, qanunda o qədər boşluq var ki, bu da həmin boşluqlardan biridir”.

Ə.Həsənov deyib ki, qadın və kişi xeyli məsələdə bərabərdir: “Məsələn, mülkiyyət hüququ... Deyirəm ki, Azərbaycanda Qərbin, Avropanın ardınca kişilər ailələrdə iqtidarı əldən veriblər, qadının sözü ilə oturub-dururlar. Qadının istəkləri onsuz da qurtarmır, rus şairi Puşkinin “Balıqçı və balıq” nağılında kişi gedib dəryada balıq tutur, balıq deyir “nə istəyirsən?”, kişi deyir “heç nə, səni buraxıram, get”. Amma kişi evə gəlir, qadın əksini deyir. Bunun psixoloqlar, bioloqlar əsasını veriblər, elə-belə deyil. Mənim dediklərim elmə əsaslanır. Təkamül olub, qadının həmişə uşağını böyütmək üçün maddi ehtiyacı var. Tarixən belədir, ona görə də qadın kişiyə arxalanmalı, kişidən maddi nemətləri çıxarmalıdır. Bu, insanlarda da, heyvanlarda da belədir. Burada pis bir şey yoxdur, qadının təbiətidir. Sadəcə, kişilər buna uymamalıdır. Qadın deyir ki, elə gətir, ver, get oğruluq et, korruspiya ilə məşğul ol, dələduzluq et... Bizdə korrupsiyanın, rüşvətxorluğun əsas səbəbkarları qadınlardır. Kişiyə deyirlər “onu gətir, bunu gətir, o birinin arvadında var, məndə yoxdur...” Kişilər də daim buna gedirlər, elə bilirlər ki, belə etdikcə qadınların daha çox xoşuna gəlirlər. Xeyr. Bir müddət sonra qadın onun sözü ilə oturub-duran kişidən soyuyur, özünə başqa əyləncə, kişi tapır. Azərbaycanda boşanmaların sayı niyə artır? Halbuki kişilər daha çox qadınların sözü ilə oturub-dururlar. Söhbət sırf bundan gedir. Kişi evdə uşağın adını qoya bilmirsə, gör onda nə gündədir. Bu, sırf mənəviyyat məsələsidir, gələcəkdə çox ağır nəticələri olacaq. Artıq bəzi ekspertlər proqnoz verirlər ki, bir neçə on illikdən sonra Azərbaycanda əhalinin sayı azalacaq – boşanmalar artır, evlənənlərin sayı azalır. Tarix də göstərir - o yerdə ki, insanların sayı azalır, həmin torpaqlar başqa xalqların qəniməti olur, vəssalam. Bu, artıq dövlətçilik məsələdir, ona görə də artmalıyıq...”

pia.az


Etiket: korrupsiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar