Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parketi bahalaşdıran səbəblər nədir? - Araşdırma

Azərbaycanda parketin qiymətində son bir illə müqayisədə ciddi bahalaşma qeydə alınıb...

Belə ki, ötən ilin noyabr ayında 1 kv.m  parketin qiyməti 23,13 manat təşkil edib. Bu ilin noyabr ayında isə qiymətlər 14,18 manat və ya 61,3 faiz yüksələrək 37,31 manat təşkil edib. Aylıq müqayisədə heç bir dəyişiklik baş verməyib, qiymətlər olduğu kimi qalıb. Laminat parketlərin qiyməti isə ötən ildən bu yana 15,99 manatdan 17,54-ə yüksəlib. Nəticədə 1,55 manat və ya 9,7 faiz artım baş verib. Ötən ayla müqayisədə isə 5 qəpik və ya 0,2 faiz artım qeydə alınıb. Ötən ay 1 kv.m laminat parket 17,49 manat təşkil edib.

Bəs görəsən parketin qiymətinin bahalaşmasının səbəbi nədir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda parketin istehsalında istifadə olunan material iki mənbədəndir:

“Birincisi yerli meşə təsərrüfatları, ikincisi isə xaricdən gətiriləndir. Xaricdən adətən hazır məhsul şəklində gətirilir. Son vaxtlar həm daşımanın, həm də idxal məhsullarının qiymətinin bahalaşması gətirilən parket məhsullarının qiymətinə də öz təsirini göstərir. Üstəgəl Ukrayna bazarda adətən ucuz məhsulların iştirakçısı kimi çıxış edirdi. Orada baş verən proseslərin də qiymətlərə təsiri olub”.

Ekspert qeyd etdi ki, yerli istehsal ilə kiçik sexlər məşğul olur:

“Kiçik sexlər əvvəllər xammal kimi meşədən kötüyü daha rahat alırdılar. Amma son dövrlər orada şəffaflaşma həyata keçirilib. Əvvəl gedib meşəbəyi ilə danışır, pul verib müəyyən həcmdə kötük alırdılar. Yəni meşədən oğurluq edib parket düzəldirdilər. Onun qiyməti nisbətən ucuz başa gəlirdi. İndi isə oğurluq olmasın deyə, xammalın satışı tenderlər vasitəsilə həyata keçirilir. Bütün bunlar yerli məhsulun da qiymətinin bahalaşmasına gətirib çıxarır”.

X.Kərimlinin sözlərinə görə, bazarlar arasında əlaqə var:

“Əgər idxal edilənin qiyməti bahalaşırsa, daxili istehsal olunan məhsulun qiyməti də ona uyğunlaşır. Satıcılardan biri qiyməti qaldıranda digəri də bahalaşdırır. Həm xərcin artması, həm də bazarda digər məhsulların bahalaşması buna imkan verir. Lakin tikintidə inflyasiya gözləntiləri aşağı düşüb. Mərkəzi Bankın son bəyanatı da onu göstərir ki, tikinti materiallarının qiymətlərinin tədricən stabilləşməsi və ucuzlaşması gözlənilir”. 

Əmlak və tikinti materialları üzrə ekspert Elnur Azadov bildirib ki, parket idxal etdiyimiz ölkələrdəki bahalaşmalar bizə də təsir edir:

“Dünyada ən məşhur parket Krasnodarın maykop növüdür. Bizə də parket Ukraynanın bölgələrindən və Krasnodardan gəlir. Rusiya Federasiyasında isə inşaat materiallarının qiymətləri 2022-ci ilin fevralından başlayaraq bahalaşıb. O ölkələrdə inşaat materiallarının qiymətinin qalxması, həmçinin valyuta kurslarındakı bahalaşma bu kimi hallara gətirib çıxarır”.

Ekspert qeyd edib ki, laminat isə inşaat və sənaye qalığından istehsal olunur. Onun qiymətində ciddi bahalaşma olmayıb.

E.Azadovun fikrincə, parket istehsalı ilə bağlı rəsmi yerli istehsalımız mövcud deyil:

“Gələn malın 20-30 faizi Ukrayna, Rusiyadandır. Qalanı bizim regionlarda qaçaq yolla, eyni malın oxşarı, “dublikat”ı şəklində istehsal olunur. Ona görə ki, istehlakçı malın yerli istehsal olduğunu biləndə onu almır. Bu baxımdan bizim parket istehsalçıları yerli malı da xarici mal adı ilə satırlar. Marketinq qanunlarına əsasən, əgər xaricdən gətirilən parketin qiyməti bu qədər bahalaşırsa, onda yerli istehsal üçün yaxşı zəmin yaranır”. 

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar