Şouda məşhur komediya ustası Kris Rok çıxış edəcək...
PİA.az “The Independent”ə istinadən xəbər verir ki, Netflix-in ilk canlı yayım şousunun tarixi məlum olub. Rəqəmsal yayım platformasının YouTube hesabından paylaşılan videoda Kris Rok şounun martın 5-də tamaşaçılara təqdim ediləcəyini açıqlayıb.
Netflix-in stand-up və komediya formatları üzrə vitse-prezidenti Robbi Prau: “Kris Rok bizim nəslin ən məşhur və önəmli komediya sənətçilərindən biridir”, deyib.
“Bütün dünyanın canlı-canlı Kris Rok komediyası izləyəcəyi və bunun bir hissəsi ola biləcəyi üçün həyəcanlıyıq. Bu, unudulmaz bir an olacaq və Krisin bu məşəli daşımasından qürur duyuruq”.
Sözügedən canlı şou ilk dəfə 2018-ci ilin fevralında yayımlanan “Kris Rok: Tamborine”dən sonra ikinci Netflix-ə özəl stand-up proqramı olacaq. Platforma noyabrın 10-da bu ilk canlı yayım tədbirində məşhur komediya ustasının aparıcı olacağını açıqlayıb.
Qeyd edək ki, 2022-ci il Oskar mükafatlarında Rok saç qıran xəstəliyi olduğu üçün saçlarını tamamilə qırxan Cada Pinet Smiti G.I. Ceynə bənzətmişdi. Uil Smit isə səhnəyə çıxaraq “həyat yoldaşımın adını çəkmə” deyərək Roka şillə vurmuşdu.
57 yaşlı komediya ustası isə 24 iyuldakı şousunda hadisəyə həddən artıq həssas yanaşanları və onu qurban kimi görənləri hədəf alaraq deyib: “Qurban deyiləm. Bəli, bu pislik, həqiqətən, ağır idi, amma sadəcə özümü silkələdim və ertəsi gün işə getdim. Kağız kəsiyi üçün xəstəxanaya gedəsi deyiləm”.
pia.az