Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkəni amfibiya-adam xilas edə bilər” - İranlı filosof 

İranın bugünkü problemləri bir gecədə yaranmayıb, 40 illik yanlış siyasətin nəticəsidir...

"Zorakılıqdan istifadə hər zaman iqtidarlı olma demək deyil, bəzən zəiflik əlamətidir".

Yenisabah.az "Etemad"a istinadla xəbər verir ki, bunu iranlı sosioloq, fəlsəfə professoru Bijən Əbdülkərimi deyib. 

"İnsanların tələblərinə qarşı fiziki vasitələrdən istifadə sosial və siyasi tələblərin həllində istifadə oluna bilən ən bahalı və səmərəsiz vasitədir. Amma cəmiyyətdə və dövlətin siyasi sütunlarında dəyişiklik yaratma zərurəti milli tələbə çevrilib. Siyasi hakimiyyət bu milli iradəyə məhəl qoymaya bilməz", - deyə sosioloq bu gün İranda baş verənləri təhlil edərkən vurğulayıb. 

O əlavə edib: "Hazırda siyasi sistemi və təbii ki ölkəni xilas edə biləcək yeganə ifadə zorakılıq deyil, müdriklikdir. Boşluğu sərt qanuni qərarlar, polis və zorakılıq, hətta kommunikasiya məkanını süzgəcdən keçirməklə daraltmaq olmaz. 

İranın bugünkü problemləri bir gecədə yaranmayıb, 40 illik yanlış siyasətin nəticəsidir. 40 illik səhvlər üst-üstə yığılıb. İşləri belə asanlıqla sahmana salmaq mümkün deyil". 

B. Əbdülkərimi qeyd edib: "Hökumət hər hansı islahatın bütün sistemin parçalanmasına səbəb olacağından narahatdır. Ona görə də etirazçıların etibar etdiyi, ölkənin dağılmasını istəməyən, eyni zamanda, idarəçilik problemlərini dərk edən müdrik insanlara, vasitəçilərə ehtiyac var. Bu vasitəçilər böhrandan çıxmağa kömək edə bilər. 

Təəssüf ki, siyasi hakimiyyət qəbul edilən şəxslərin çoxunu "yandırıb". Bu gün də cəmiyyətin bir hissəsi, xüsusən də yeni nəsil hakimiyyətin dilini anlamır, təəssüf ki, hakimiyyət bu nəslin dilini bilmir. İranda bu boşluğu doldurmaq üçün tərcüməçiyə ehtiyac var. Həm yeni nəsillərin məntiqinə, həm də hakimiyyətin məntiqinə bələd olmaq üçün bizə ikidilli şəxs və ya amfibiya-adam lazımdır".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar