Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada nə qədər rus hərbiçisi öldürülüb?

Rusiyada təsdiq edilmiş hesabatlara və dəfn məlumatlarına əsasən Ukraynada 10 002 rus əsgəri və zabiti həlak olub…

PİA.az xəbər verir ki, bu rəqəm BBC-nin jurnalistlərinin topladığı məlumatlarda öz əksini tapıb.

Rusiyada dəfn edilən hərbiçilər barədə məlumat toplayan BBC jurnalistləri hesab edirlər ki, siyahıda Rusiyada faktiki dəfn edilənlərin ən azı 40-60%-i əks olunub. Bu qənaətə Rusiyanın 60-dan çox yaşayış məntəqəsindəki hərbçilərin məzarları, xatirə lövhələri və qəbiristanlıqlardakı vəziyyət öyrənildikdən sonra gəlinib.

Ən mühafizəkar hesablamalara görə, Rusiya ordusunun Ukraynadakı itkiləri 20 min nəfərdən çoxdur. Rusiyanın ümumi bərpa olunmaz itkiləri (yəni ağır yaralanma, ölüm və ya itkin düşməsinə görə sıradan çıxanların sayı) ən azı 90.000 nəfər ola bilər.

Qışa qədər təsdiqlənmiş itkilərin sayına görə Krasnodar diyarı (428 ölü) birinci yerdədir. İkinci yerdə Dağıstan (363 nəfər), üçüncü yerdə Buryatiya (356 nəfər) qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Moskvadan yalnız 54 ölüm faktı məlumdur. Baxmayaraq ki, paytaxt sakinləri Rusiya əhalisinin demək olar ki, 9%-ni təşkil edir.

Ukraynada ölən 10 002 rus əsgərindən 1 509 nəfəri, yəni 15 %-i zabitlərdir. Ölənlər arasında dörd general və 49 polkovnik də var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar