Demokrat senator Corciyada Trampın namizədinə qalib gəlib...
PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, noyabr ayında heç kim səslərin 50%-ni ala bilmədiyi üçün Demokrat senator Rafael Uornok ABŞ-ın Corciya ştatının senatına ikinci tur seçkilərində Respublikaçılar Partiyasından namizəd olmuş keçmiş amerikalı futbolçu Herşel Uolkerə qalib gəlib.
“The Associated Press”in təqdim etdiyi nəticələrə görə, Uornok 51%, Uoker isə 49% səs toplayıb. Bu qələbə ilə Demokratlar Partiyası Senatdakı yerlərin sayını 51-ə çatdıraraq çoxluğunu gücləndirib.
ABŞ tarixinin ən bahalı siyasi kampaniya yarışlarından birinə çevrilən bu prosesdə qalib gələn Uornok, eyni zamanda, Corciya ştatında Senata 6 illik müddətə seçilən ilk qaradərili senator oldu.
Uornok zəfər nitqində deyib:
“Bura Amerikadır. Bütün imkansızlıqlara baxmayaraq, ölkəmizi daha yaxşı hala gətirmək üçün hər zaman bir yol var. Xalq nə istədiyini söylədi”.
Uolker, həmçinin, keçmiş prezident Donald Trampın ən çox dəstəklədiyi namizədlərdən biri idi. Nevada, Arizona, Pensilvaniya və Nyu-Hempşir ştatlarında Trampın dəstəklədiyi namizədlər də ara seçkilərdə məğlub olublar.
pia.az