İranını Ali dini lideri belə bir çağırışla dövlət mədəniyyət şurası ilə görüşü zamanı çıxış edib…
PİA.az İranın dövlət mediasına istinadən xəbər verir ki, ölkədə ümumxalq etirazlarnın hakimiyyətə təzyiqi davam edərkən, Ali dini lider Ayətullah Əli Xameneyi çərşənbə axşamı günü “ölkənin mədəni sisteminin inqilabi şəkildə yenidən qurulmasına” çağırıb.
“Ölkənin mədəni strukturunda inqilab etmək lazımdır... Ali Şura ölkənin müxtəlif sahələrində mədəniyyətin zəif tərəflərini aşkar etməlidir”, deyə İran lideri bildirib.
Qeyd edək ki, sentyabrın 16-da kürd qadın Məhsa Əmininin “qeyri- islami geyiminə” görə həbs olunduqdan sonra polis nəzarətində ölməsindən sonra İranda iğtişaşlar yaşanır. Nümayişlər 1979-cu il inqilabından sonra İran İslam rejiminə qarşı ən güclü etirazlardır.
pia.az