Şənbə, 28 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün İsveçrə parlamenti 2023-cü il üçün prezident seçəcək

Dekabrın 7-də İsveçrə parlamentinin iki palatasının birgə iclasında 2023-cü il üçün hökumətin – Federal Şuranın 7 üzvündən prezident seçiləcək.

“Report” xəbər verir ki, bu seçkilərin nəticəsi hökuməti təşkil edən dörd ən böyük partiyanın konsensusu ilə əvvəlcədən müəyyən olunduğu üçün öncədən bəllidir ki, Daxili İşlər Nazirliyinin hazırkı rəhbəri, İsveçrə Sosial Demokrat Partiyasının (İSDP) nümayəndəsi Alen Berse qarşıdakı 12 ay ərzində prezident vəzifəsini icra edəcək.

O, nazir səlahiyyətləri ilə eyni vaxtda prezidentlik vəzifəsini də icra edəcək.

Berse 1972-ci ildə İsveçrənin qərbindəki Fribur kantonunda anadan olub. İqtisadiyyat elmləri doktoru və siyasi elmlər üzrə magistr dərəcəsinə malikdir. O, 2012-ci ildən hökumətdə işləyir, Daxili İşlər Nazirliyinə (federal departament) rəhbərlik edir. 2018-ci il ərzində Berse artıq prezident vəzifəsini icra edib və bu posta yeni seçki onun siyasi tərcümeyi-halında ikinci olacaq.

Prezident seçkiləri, nəticənin əvvəlcədən müəyyən edilməsinə baxmayaraq, İsveçrədə heç bir şəkildə formallıq kimi qəbul edilmir. Gizli səsvermə zamanı “lehinə” və “əleyhinə” səslərin nisbəti qanunvericilər arasında Bersenin dəstəyinin nə qədər əhəmiyyətli olduğunu göstərəcək. İsveçrədə 180 (parlamentin iki palatasında 246 deputat var) və daha çox dəstək səsi yaxşı nəticə hesab olunur.

Federal Şuranın üzvləri prezidentlik funksiyalarını təqvim ili ərzində növbə ilə, rotasiya əsasında həyata keçirirlər. Əvvəllər bir il vitse-prezident vəzifəsində çalışan nazir adətən 12 ay prezident olur. Bu il vitse-prezident olan Berse 2023-cü il yanvarın 1-dən xarici işlər naziri İnyatsio Kassisi prezident postunda əvəz edəcək.

Bu dəyişiklik İsveçrənin xarici və daxili siyasətinə heç bir şəkildə təsir etməyəcək, çünki Federal Şuranın üzvləri bütün vacib məsələləri kollektiv şəkildə həll edirlər. Bu ölkədə prezident nə dövlət başçısı, nə də hökumət başçısıdır. Kollektiv dövlət başçısının funksiyalarını Federal Şura həyata keçirir. “Bərabərlər arasında birinci” olan prezident hökumətin iclaslarına rəhbərlik edir, İsveçrədə səfərdə olan xarici dövlət başçılarını qəbul edir, kantonlarla əlaqələrə nəzarət edir. Lakin bu mövqeyi formal adlandırmaq olmaz: hökumətin iclasında səslərin bərabərliyi halında prezidentin rəyi həlledici olur.

Çərşənbə günü parlament üzvləri İsveçrənin 2023-cü il üçün vitse-prezidentini də seçməli olacaqlar. Bu vəzifəni Müdafiə, İctimai Müdafiə və İdman Nazirliyinə rəhbərlik edən Viola Amherdin tutacağı gözlənilir.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun evində əməliyyat keçirildi, saxlanılan var 

“Söyüş blogeri” İrana casusluq etdiyini etiraf etdi — Detallar

Tehrandakı səfirliyimizə edilən terror aktında şəhid olan Orxan Əsgərov kimdir? - Yenilənib

İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar - Video

Azərbaycan XİN-dən İrandakı səfirliyə terror hücumu ilə bağlı yeni açıqlama - Yenilənib

“Mən həmin oğlanın şücaətinə heyran qaldım” – Deputat

İran polisi səfirliyimizə edilən terror aktının qarşısını niyə almayıb? - Video

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun anbaan görüntüləri yayılıb - Video

Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub, ölən var - Video + Foto - Yenilənib

Tehran prokurorundan səfirliyimizə hücum barədə uydurma iddia...

Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib

Ən çox oxunanalar