Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya İsraildən nə xahiş edib?

Rusiya İsraildən Ukraynada istifadə üçün Suriyadan hərbi texnikanın çıxarılmasına mane olmamağı xahiş edir…

PİA.az xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” qəzeti məlum yayıb. Qəzetin İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, iki ölkənin rəsmiləri məsələ ilə bağlı danışıqlar aparır.

İsrail və Rusiya hər hansı toqquşmaların qarşısını almaq üçün Suriya hava məkanında uzun müddətdir fəaliyyətlərini koordinasiya edirlər və bu ilin əvvəlində Rusiyanın Ukraynaya müdaxiləsindən sonra münasibətlər gərginləşib.

İsrail İranın orada hərbi dayaq yaratmasının qarşısını almaq və Livanın “Hizbullah” terror qruplaşmasına müasir silahların tədarükünü dayandırmaq üçün Suriyaya yüzlərlə zərbə endirib.

Rusiya isə 2015-ci ildən sonra yıxılmaq üzrə olan Suriya rejimin ayaqda tutmaq üçün Suriyaya minlərlə əsgər və hərbi texnika yollayıb.

Oktyabr ayında The New York Times qəzeti yazıb ki, Rusiya Ukraynadakı müharibədə üzləşdiyi problemlərlə bağlı Suriyadan canlı qüvvəsini və İsrail Hərbi Hava Qüvvələrinin əməliyyatları üçün ciddi təhlükə yaradan S-300 hava hücumundan müdafiə sistemlərini çıxarmaq istəyir.

İsrail isə Ukrayna müharibəsi başlayandan sonra Kiyəvə ancaq humanitar yerdım göstərib və Rusiyanı qıcıqlandırmamaq üçün hərbi yardımdan imtina edib. Lakin son zamanlar İran Rusiyaya PUA-lar verdiyi üçün İsrail də Ukraynaya hərbi yardım etməyə başlayıb.

Rusiya ilə İsrailin Ukrayna məsələsində və Suriya məsələsində anlaşmağa cəhd etmələrinin əsas səbəblərindən biri kimi, İsrailin Suriyada əməliyyat azadlığını saxlamaq ehtiyacı görünür.

Baş nazir Benyamin Netanyahunun Rusiyanın xahişinə necə yanaşacağı isə hələ ki, bəlli deyil. Çünki Netanyahu İrana qarşı müharibə kursunu da tuta bilər ki, bu da Rusiya-İsrail münasibətlərində ciddi dəyişikliklərə səbəb ola bilər.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar