Şənbə, 28 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada raket ehtiyatı nə qədərdir və onlar hansı zamana tükənəcək?

Rusiyada qanadlı raketlər və artileriya qurğuları raketləri hansı sürətlə tükənir və bu raket ehtiyatlarının bərpa edilməsi hansı səviyyədədir?..

Ukrayna şəhərlərini və kritik infrastrukturları atəşə tutmaq üçün Rusiyanın raket sürsatı sürətlə tükənir və onların hamısını istehsal konveryrinə qoymaq heç də mümkün deyil.

PİA.az xəbər verir ki, bu barədə Apastrof TV-nin efirində hərbi ekspert Pyotr Çernik deyib.

Onun sözlərinə görə müharibənin başlanğıcında Rusiyanın nüvə başlığı daşımayan 11 sinif raketlərin olub. Həmin raketlər 100 km-dən (Toçka-U), 5000 km-ə (Х-101) qədər məsafə qət e4dən raketlər olub və onların cəmi ehtiyat zənbili 6,5 min olub. Müharibə dövründə bu raketlərin 5 mindən çoxu birmənalı olaraq artıq istifadə olunub.

“Təəssüf ki, bəzi raketlər, misal üçün “Х-101” və “Kalibr” raketləri yenidən istehsal olunur. Ancaq Rusiyanın bu raketlərdən ayda 50-60 ədəd istehsal etmək gücünə sahibdir. Keçən ay isə Rusiya bu raketlərdən təqribən 170-də istifadə edib”, deyə ekspert qeyd edib.

Mütəxəssisin sözlərinə görə, “X-22” raketlərindən uzun aylar ərzində istifadə olunmasa da, dekabrın 5-də keçirilən növbəti kütləvi atəş zamanı 3 ədəd “X-22” raketindən istifadə edilib. Çernik qeyd edib ki, bu, ağır raketdir, 960 kq trotil gücə sahibdir və bu raket artıq istehsal olunmur.

“Bu raketlərin istifadəsi onu göstərir ki, Rusiyanın raket istehsalı konveyerində ciddi axsamalar var. Bütün Ukrayna boyunca raket zərbələri davam edəcək, lakin dünən Ukraynaya doğru uçan raketlərin vurulma əmsalı -85% olub və bu çox yaxşıdır. Çünki Ukrayna səması hələ ki, 100% bağlı deyil”, deyə ekspert vurğulayıb.

Hərbi ekspert həmçinin bildirib ki, hazırda cəbhə xəttində strateji balans hökm sürür və may ayə\ından sonra yararnan bu balans ancaq sentyabrda, Xarkov əməliyyatı zamanı pozulub.

Çernikin sözlərinə görə, Rusiya üç səbəbdən Baxmut istiqamətində təzyiqləri artırıb:

- Birincisi siyasi səbəbdir. Çünki Rusiya müharibəni “LDXR”i tanıdıqdan sonra müharibəni başladıb və onlar bu vilayətlərin adminstrativ sərdədlərinə qədər çatmaq istəyirlər.

- İkincisi psixoloji aspektdir. Rusiya bir çox strateji istiqamətlərdə, Xarkov və Xerson istiqamətlərində ciddi məğlubiyyətlərə uğrayıb və bu məğlubiyyətlərin yeri doldurulmalıdır ki, təbliğat maşını işləyə bilsin.

- Üçüncüsü səbəb isə lojistika ilə bağlıdır. Ağır döyüş sürsatlarını və texnikanı cəbhəyə maşınlarla daşımaq mümkün deyil. Bunun üçün dəmiryolu lazımdır və Baxmutda Debaltsevo qovşağı yerləşir.

“Baxmirdan Debaltsevo qovşağına 42 km-dir. HIMARS-lər isə 80 km məsafəni vururlar və biz onların lojistikasını asanlıqla vurub dağıdırıq. Ona görə də düşmən bizi HIMARS-lərin atəş məsafəsindən uzağa atmaq istəyirlər”, deyə ekspert deyib.

Ekspertin sözlərinə görə Rusiya hələ də artilleriya sahəsində strateji üstünlüyə sahibdir.

“Müharibə başlayanda Rusiya 5,5 min artileriya qurğusuna sahib idi. Biz onların 3,5 minini məhv etmişik. Buna baxmayaraq artılleriya qurğularının sayına görə Rusiya hlə də dünyada birinci yerdədir. ABŞ fevral ayına qədər sadəcə min ədəd 155 mm-lik artilleriya qurğusuna sahib idi” deyə Çernik bildirib. O, həmçinin əlavə edib ki, fevraldan bu günə qədər Rusiya 15 milyon mərmi və raketdən istifadə edib.

“Biz onlardan keyfiyyətcə üstünük. 12 sinif artılleriya qurğusuna sahibik və onların bəziləri dəqiq zərbə vurmaq imkanlarına sahibdir. Bu yaxınlarda Ukraynaya 1,5 min ədəd М982 mərmiləri gətirilib ki, onların da biri 112 min dollaradır”, deyə hərbi ekspert vurğulayıb.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun evində əməliyyat keçirildi, saxlanılan var 

“Söyüş blogeri” İrana casusluq etdiyini etiraf etdi — Detallar

Tehrandakı səfirliyimizə edilən terror aktında şəhid olan Orxan Əsgərov kimdir? - Yenilənib

İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar - Video

Azərbaycan XİN-dən İrandakı səfirliyə terror hücumu ilə bağlı yeni açıqlama - Yenilənib

“Mən həmin oğlanın şücaətinə heyran qaldım” – Deputat

İran polisi səfirliyimizə edilən terror aktının qarşısını niyə almayıb? - Video

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun anbaan görüntüləri yayılıb - Video

Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub, ölən var - Video + Foto - Yenilənib

Tehran prokurorundan səfirliyimizə hücum barədə uydurma iddia...

Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib

Ən çox oxunanalar