Çərşənbə, 01 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Türkiyə təlimində tanklar, təyyarələr, helikopterlər və PUA-lardan istifadə edilib

Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tanklar, artilleriya batareyaları, təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib.

PİA.ax-ın xəbərinə görə, birgə təlim iki ölkə Silahlı Qüvvələrinin əməkdaşlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır.

Dekabrın 6-da soyuq və qarlı havada həyata keçirilən təlim çərçivəsində ilk olaraq artilleriya batareyaları ilə müəyyən edilmiş hədəflərə atəş açılıb.

Hədəflər dəqiqliklə vurulduqdan sonra tank atışlarına başlanılıb. Sonra T-72 və T-90 tankları müəyyən edilən hədəfləri məhv etdikdən sonra ikinci dəfə artilleriya batareyaları atəş açıb. Artilleriya atəşindən sonra isə zirehli bölmələrin hücumları başlayıb.

Təlimin növbəti hissəsində yaralılar helikopterlə təxliyyə olunub, eyni zamanda panton körpülərlə çaydan keçmə əməliyyatı icra edilib, artilleriya batareyalarının köçürülməsi həyata keçirilib. Bütün bu proses Hərbi Hava Qüvvələri elementlərinin hava dəstəyi ilə reallaşdırılıb.

"Qardaş yumruğu" təlimi planda nəzərdə tutulan hədəflərin tutulması ilə uğurla başa çatıb.

Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayılİmişli rayonlarının ərazilərini əhatə edir.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri təlimi izləyib.

pia.az 


Etiket: Təlim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərnişindaşımada qiymət artdı... - Vətəndaşların sosial vəziyyəti necə olacaq?

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırıldı

NTV-nin jurnalisti Ukraynada Kadırovçular tərəfindən dəfələrlə zorlanıb

Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar

Uçot dərəcəsinin rekord səviyyəyə qədər artırılması dünya ticarət sisteminə necə təsir edəcək?

Azərbaycanda metro və avtobuslarda minimum gediş haqqı 40 qəpiyə qaldırılıb

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib - Foto

Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib

Alimpaşa Məmmədov bağçaların pulunun mənimsənilməsindən danışdı

Ən çox oxunanalar