Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asəf Zeynallının baxımsız məzarı: İki qurumun boyun qaçırdığı məsələyə kim əncam çəkəcək?

Bir neçə gün əvvəl Yasamal qəbiristanlığında nakam bəstəkar Asəf Zeynallının qəbirüstü abidəsinin bərbad halı barədə və buradakı qüsurlar haqqında videomaterial hazırlanmışdı.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən qəti şəkildə bildirilib ki, qəbirüstü abidənin ucaldılması qurumun səlahiyyətləri xaricindədir.

Bakı Şəhər İcra Hakimiyyətinin də mətbuat xidmətindən bildirilib ki, qəbiristanlıqlar onların balansında deyil.

Yasamal Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri Rizvan Mahmudov Bizim.Media-ya açıqlamasında deyib ki, qəbiristanlıqda bütün məzarlar kimi Asəf Zeynallının da qəbri nəzarətdədir:

“Qəbiristanlıqda təmizlik işləri görülür, səliqə-sahman yaradılır. Asəf Zeynallının qəbirüstü abidəsinin üzlük daşı çat verib. Bunun da həllinə çalışacağıq”.

Abidənin üzərində bəstəkarın adının səhv yazılması və bunun düzəldilməsi ilə bağlı suala gəlincə, bələdiyyə nümayəndəsi bildirib ki, abidənin bərpası və müəyyən dəyişikliklər üçün yuxarı instansiyalar tərəfindən məsləhət görülərsə, nəsə etmək olar:

“Bildiyiniz kimi bələdiyyə büdcəsini özü formalaşdırır. İndiki halda hansısa xərclərimizdən azaldaraq abidənin bərpası üçün əlimizdən gələni edəcəyik”.

pia.az


Etiket: Asəf Zeynallı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar