Çərşənbə, 01 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Olaf Şolts dünyada yeni eranın başladığını elan edib

Almaniya kansleri Olaf Şolts dünya siyasətində yeni epoxanın başladığını elan edib…

Şoltsun fikrincə, Putin Avropanı təsir zonalarına, dünyanı isə böyük dövlətlərdən və vassal dövlətlərdən ibarət bloklara bölmək istəyirdi.

PİA.az xəbər verir ki, Şolts “Foreign Affairs” jurnalında dərc olunan məqaləsi yeni dünya düzəninə həsr olunub. Kansler öz məqaləsində yazıb ki, müasir dövrün sonu Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə başlanıb və artıq dünya siyasəti yeni eraya qədəm qoyub:

“Dəmir pərdənin süqutundan sonrakı 30 il planetin əksər hissəsi üçün sülh və firavanlıq dövrü olub. “Berlin Divarı” uçdu, keçmiş “Varşava Müqaviləsi” ölkələri NATOAvropa Birliyinə (Aİ) üzv olmaq qərarına gəldilər. Belə görünürdü ki, Rusiya Sovet İttifaqı kimi düşməndən daha çox, Qərbin tərəfdaşı olacaq”, deyə Scholz yazır.

Məqalədə deyilir ki, “Soyuq Müharibə” başa çatandan sonra sülh erası başladı və Avropa ölkələri ordularını ixtisar edib və müdafiə büdcələrini kəsiblər:

“Böyük enerji ehtiyatlarına və digər xammal ehtiyatlarına malik Rusiya “Soyuq Müharibə”dən sonra etibarlı təchizatçı olduğunu sübut etdi və ən azı ilk baxışdan bu perspektivli tərəfdaşlığı sülh dövründə davam etdirmək məqsədəuyğun görünürdü”, deyə Solts vurğulayır.

Əsrarəngiz dövrün sonu

Lakin Avropanın gözləntilərinin əksinə olaraq, Moskva SSRİ-nin və “Varşava Müqaviləsi” Təşkilatının dağılmasından başqa nəticələr çıxardı” deyə kansler məqləsində bildirir.

Rusiya prezidenti Vladimir Putin kommunist rejiminin dinc yolla devrilməsini daha böyük azadlıq və demokratiya üçün bir fürsət kimi görmək əvəzinə, bunu “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırdı”, Solts qeyd edir.

Almaniya lideri hesab edir ki, Rusiyada imperialist ambisiyaları canlanmağa başlayıb. O, Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı “aqressiv çıxışını”, 2008-ci ildə Cənubi Osetiyadakı müharibəni, Krımın Rusiyaya birləşdirilməsini və 2014-cü ildə Donbassda münaqişənin başlanmasını bu cür ambisiyalara misal çəkir.

Soltsa görə, növbəti səkkiz il ərzində Kreml, silahlara nəzarət müqavilələrini pozdu, hərbi imkanlarını genişləndirdi, rus dissidentlərini təqib edərək öldürdü və Suriyaya qəddar hərbi müdaxiləyə başladı.

“Putin Rusiyası addım-addım onu Avropadan və əməkdaşlığa əsaslanan sülh nizamından uzaqlaşdıran bir yol seçdi”, deyə yekunda kansler bildirir.

İmperializmin qayıdışı

Şolts yazır ki, 2022-ci ildə Ukraynada hərbi əməliyyat prinsipial olaraq yeni reallıq gətirdi və imperializm Avropaya qayıtdı.

Beynəlxalq hüququn əsas prinsiplərinin pozulduğunu yazan kansler Solts hesab edir ki, Rusiyanın “revanşist imperializmi” dayandırılmalıdır. Kansler həmçinin hesab edir ki, Almaniya bu gün Avropanın təhlükəsizliyində əsas rol oynayır.

“Əsas məsələ bizim müttəfiqlərimizlə birlikdə Avropaya əsasən Rusiyadan gələcək hansı təhlükələrə qarşı durmalı olacağımızdır. Bu təhlükələrə müttəfiq ərazilərə potensial hücumlar, kiber müharibə və hətta nüvə hücumunun uzaq ehtimalı da daxildir”, deyə məqalədə bildirilir.

Şoltsun sözlərinə görə, Putin Ukraynadakı münaqişənin Moskvanın rəqibləri arasında münasibətlərin kəskinləşməsinə səbəb olacağına inanırdı, lakin bunun əksi baş verdi: “Avropa İttifaqı vəTransatlantik Alyans əvvəlkindən daha güclüdür”, deyə kansler vurğulayıb.

“Bu, özünü Rusiyaya qarşı sanksiyaların qəbulunda göstərdi, Moskva Ukrayna ilə “sülh sazişinin şərtlərini diktə etməyə” çalışdığı halda, onların heç biri ləğv edilməyəcək”, deyə Almaniya lideri xəbərdarlıq edib.

Şolts qeyd edib ki, Qərb “uydurma referendumlarla əhatə olunmuş Ukrayna ərazisinin qanunsuz ilhaqını” qəbul etməyəcək, buna görə də münaqişəyə son qoymaq üçün Rusiya öz qoşunlarını Ukraynadan çıxarmalıdır.

Məqalədə deyilir ki, Ukraynadakı münaqişə də Rusiyanın enerji resurslarından imtina etmək üçün təkan olub. Solts iddia edir ki, o, hakimiyyətə gələndə Rusiyadan qaz tədarükünü kəsməsi ilə bağlı Almaniyanın planı olmayıb.

Bu gün Almaniyanın qaz anbarları doludur və bu, “Almaniya və Avropanın qışdan qaz qıtlığı olmadan çıxması üçün yaxşı əsasdır”, deyə kansler vurğulayıb.

Təsir zonaları

Ümumiyyətlə, Şoltsun fikrincə, Putin Avropanı təsir zonalarına, dünyanı isə böyük dövlətlərdən və vassal dövlətlərdən ibarət bloklara bölmək istəyirdi.

“Bununla belə, Putinin hücumları və təcavüzü qarşısında Avropa İttifaqı yalnız gücləndi. Ukrayna və Moldova Avropa İttifaqına namizəd statusu aldılar və Balkan ölkələrinin blokuna qoşulma prosesi sürətləndi”, derə Şolts yazır.

NATO Avro-Atlantik təhlükəsizliyin əsas təminatçısıdır. Almaniya lideri iddia edir ki, ittifaqın gücü yalnız “iki firavan demokratiyanın” - Finlandiya və İsveçin Şimal Alyansına daxil olmasından sonra daha da artacaq.

Məqalənin sonunda kansler yazır ki, Almaniya və onun tərəfdaşları – Avropa İttifaqı, ABŞ, NATO və G7 öz cəmiyyətlərini və demokratik dəyərləri qorumalıdır. Bununla belə, dünyanın yenidən bloklara bölünməsinə icazə vermək olmaz.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərnişindaşımada qiymət artdı... - Vətəndaşların sosial vəziyyəti necə olacaq?

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırıldı

NTV-nin jurnalisti Ukraynada Kadırovçular tərəfindən dəfələrlə zorlanıb

Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar

Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib

Alimpaşa Məmmədov bağçaların pulunun mənimsənilməsindən danışdı

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib - Foto

Azərbaycanda qadın killer tutaraq sevgilisini öldürtdü

Ən çox oxunanalar