Şənbə, 28 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İngiltərədə aktivistlər Nusretin restoranına basqın etdi

Londonda heyvan hüquqları müdafiəçiləri “korrupsion sistemin simvolu” adlandırdıqları “Nusr-Et” restoranına basqın ediblər...

PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, heyvan hüquqları müdafiəçisi “Animal Rebellion” təşkilatının üzvləri Nusret Gökçeyə məxsus Londonun mərkəzində yerləşən “Nusr-Et” restoranına basqın ediblər.

Əvvəlcədən ayrılmış masalara oturaraq restorana qarşı etiraz edən və “Nusr-Et”i korrupsioner sistemin simvolu olduğu üçün hədəf aldıqlarını bildirən etirazçılar təxminən bir saat sonra “Nusr-Et” işçiləri tərəfindən restorandan qovulublar.

Aktivist qrupun bəyanatında bitki əsaslı qida sisteminə çağırış edilib. “Animal Rebellion” üzvü Ben Tomas “Nusr-Et”ə etdikləri basqın haqqında deyib:

“Bu kimi restoranlar pozulmuş sistemin simvoludur. Hazırda İngiltərədə 2 milyon insan yemək banklarına güvənir, məşhur aşpazlar isə 1000 funt sterlinqdən artıq qiymətə qızıl örtüklü steyk satırlar”.

Metropolitan polisi bildirib ki, etiraz aksiyası barədə məlumat verilib, lakin məmurlar göndərilməmişdən qrup əvvəl restoranı tərk edib.

“Animal Rebellion” qrupunun üzvləri “Nusr-Et”dən sonra eyni gün Mançesterdəki Mişelin ulduzlu “Mana” restoranında da oxşar etiraz aksiyası keçiriblər.

Mançester polisi bildirib ki, 14 nəfər ağır cinayətdə şübhəli bilinərək saxlanılıb və əlavə istintaqa qədər zaminlə sərbəst buraxılıb. “Mana” restoranından verilən açıqlamada etirazçıların Covid-19 və davam edən enerji böhranından iqtisadi olaraq zərər çəkən kiçik bir müəssisənin fəaliyyətini pozduqları ifadə edilib.

Sözügedən məkanın sahibi Simon Martin: “Etirazçıların niyə korporativ fast-food zənciri əvəzinə, davamlılığa və heyvanların rifahına üstünlük verən bir restoranı seçdikləri ilə bağlı çaşqınlıq yaşadıq”, deyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun evində əməliyyat keçirildi, saxlanılan var 

“Söyüş blogeri” İrana casusluq etdiyini etiraf etdi — Detallar

Tehrandakı səfirliyimizə edilən terror aktında şəhid olan Orxan Əsgərov kimdir? - Yenilənib

İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar - Video

Azərbaycan XİN-dən İrandakı səfirliyə terror hücumu ilə bağlı yeni açıqlama - Yenilənib

“Mən həmin oğlanın şücaətinə heyran qaldım” – Deputat

İran polisi səfirliyimizə edilən terror aktının qarşısını niyə almayıb? - Video

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun anbaan görüntüləri yayılıb - Video

Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub, ölən var - Video + Foto - Yenilənib

Tehran prokurorundan səfirliyimizə hücum barədə uydurma iddia...

Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib

Ən çox oxunanalar