Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti tədbir keçirildi - Fotolar

Şirvanda “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti tədbir keçirilib...

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Prokuroru Kamal Talıbov, Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva, məktəb direktorları, yuxarı sinif şagirdləri iştirak edib.

Tədbiri Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq iştirakçıları salamlayıb. Sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, ruhlarına dualar edilib. Şəhər İcra Hakimiyyətinin başçısı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyasının fəaliyyətindən danışıb.

Narkomanlığın ictimai bəla olaraq cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, müxtəlif zərərli vərdişlərin yayılmasının qarşısının alınması istiqamətində şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil edildiyini diqqətə çatdırıb. Ölkəmizdə sosial-iqtisadi inkişafın təmin edilməsinin, insanların sağlamlığının qorunmasının, rifah halının yaxşılaşdırılmasının və cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin önəmini qeyd edib. Narkomanlığa, narkotik vasitələrinlərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini vurğulayıb. Narkomaniya ilə mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının Şirvan şəhərində də uğurla həyata keçirildiyini bildirib, narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat verib və bildirib ki, narkomaniyaya qarşı cəmiyyətimiz tərəfindən mübarizə aparılmalı, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olunmalı, yeniyetmə və gənclərin sağlam mühitdə böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.

Tədbirdə çıxış edən şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, Şirvan şəhər Prokuroru Kamal Talıbov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov hazırda şəhərimizdə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlərin həyata keçirildiyini, qısa müddətdə şəhərin narkotik tacirlərindən təmizlənməsi məqsədilə xeyli işlər görüldüyünü, ardıcıl maarifləndirmə və profilaktik işlərin aparıldığını vurğulayıblar. Gəncləri sağlam həyat tərzi keçirməyə, səmərəli işlərlə məğşul olmağa, özlərini və yaxınlarını “ağ ölüm”dən qorumağa, aparılan profilaktik və maarifləndirici tədbirlərə biganə qalmamağa səsləyiblər.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Fotolar

pia.az 


Etiket: Narkomaniya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar