Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gamış dağı və Sarıbaba dağlarını əhatə edən 93 kilometrlik ərazidə 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var

"Cari qeyri-texniki və texniki müşahidələrə görə, Gamış dağı və Sarıbaba dağlarını əhatə edən 93 kilometrlik ərazidə piyadalar əleyhinə təqribən 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var".

PİA.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, bu yaxınlarda Azərbaycanın Daşkəsən rayonunda Ermənistanda istehsal edilmiş PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib. 2020-ci il avqustun 16-dan oktyabrın 6-dək olan müddətdə Daşkəsən, KəlbəcərLaçın rayonlarında 3166 ədəd PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib. Onlardan 1671-i Laçında, 935-i Kəlbəcərdə, 560-ı Daşkəsəndə tapılıb. Bu fuqasların əksəriyyəti PMN-E tipinə aid olsa da, aşkar edilmiş və zərərsizləşdirilmiş fuqaslar arasında PMN-2, E-001M və TM-62 tipli minalar da olub.

pia.az 


Etiket: Mina


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar