Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda avtobus dayanacağını taksilər "zəbt" edib - Fotolar

Bəzi sahələrdə rastlaşdığımız neqativ hallar cəmiyyətdə haqlı etirazlar yaradır.

Sumqayıt gözəldir, gün-gündən abadlaşır deyirik, amma  hərəkətimiz, davraşımızla bu gözəlliyə xələl gətiririk. Mədəni şəhərlərdə olduğu kimi, Sumqayıtda da hər şey yerində olsa, şəhərin görünüşü daha da göz oxşayar, gözəlliyi birə min artar.

Aktuallığı ilə gündəmdən düşməyən problemlərdən biri də dayanacaqların taksilər tərəfindən "zəbt" olunmasıdır. Sumqayıtda dayanacaqlar sanki marşrutlar yox, taksilər üçündür. Təəssüflər olsun ki, şəhərin bir çox yerində bu cür mənzərə ilə qarşılaşırıq.

Köhnə mərkəzi bazarın arxasında, 30, 15 nömrəli və digər marşrutların dayanacığında isə əsl dərəbəylik və biabırçılıqdı. Taksi sürücülərinin burada yaratdığı xoşagəlməz vəziyyət haqlı olaraq sakinlərin narazılığına səbəb olur. Ancaq nə fayda. Müşahidə kamerası altında baş verən bu "taksi oyun"u xeyli vaxtdır davam edir. Dayanacaqda "kök salmış" taksilər marşurut avtobuslarının dayanmasına, əsasən, məktəbli sərnişinlərin avtobusa minib düşməsinə ciddi maneçilik yaradır.

Bu cür kobud qanun pozuntusu həm avtobus sürücülərinin, həm də sərnişinlərin əsəblərini tarıma çəkir. İnanırıq ki, müvafiq qurumlar və cavabdeh şəxslər artıq bu qanunsuzluğa göz yummayacaq, ""Nasosnu”ya 1 manata" deyib səsini ucaldan taksi sürücülərini avtobus dayanacağından uzaqlaşdıracaqlar. 

Fotolar

pia.az 


Etiket: Dayanacaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar