Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlisa Nicata toplanan yardımın məbləği açıqlamdı: Kimlər kömək ediblər? - Foto

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu Əlisa Nicata toplanan yardımla bağlı paylaşım edib.

“Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu. Gecə boyu onun kartına pul köçürüldü. Yardım edənlər bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı.

Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır.

Oğlu Üzeyir yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı, “vay, dədə, bu nədir, ədə” dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir.

Mən bir anlıq qanadlandım.

Dünən və bu gün yardımlar davam etdi. Yardım edənlər adlarının açıqlanmasını istəməsələr də, yazmağı özümə mənəvi borc bilirəm”, - Ş.Xuduoğlu yazıb. 

Onun sözlərinə görə, şirkətlərdən birindən zəng edib, istilik sisteminin çəkilişini öz üzərlərinə götürməyi təklif edib, bunun üçün lazım olan bütün xərcləri ödəyiblər. Məbləğ 2339 manat təşkil edib.

İstilik sistemini quraşdırmağı təklif edən başqa bir şirkətə isə naşir soyuducu, elektrik sobası və ya mebel işini həll etməyi tövsiyə edib.

O bildirib ki, futbol millimizin üzvü Qara Qarayev də istilik sistemi ilə bağlı yardım təklifi edib.

Restoranlardan birinin sahibi Asif bəy naşirə deyib ki, bundan sonra Ə.Nicatın bütün ərzaq, yemək təminatını özü həll edəcək.

Ş.Xuduoğlunun sözlərinə görə, bir nəfər santexnik işini pulsuz görməyi, tikinti firmaları evin təmirini, şirkətlərdən biri rəngləmə materiallarını pulsuz təklif edib. Aylıq 100, 200 manat məbləğində maaş təklif edənlər də olub.

“Yardım təklifləri, yardımların ardı-arası kəsilmir. Əlisa bəylə bu gün danışdım, deyir, kiminin əvvəli, kiminin sonu, gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi-hüdudu yoxdur.

İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmnun qalıblar. Həm yardım, həm də təşəkkür edirlər. Az, ya çox - heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi.

Bir daha əmin oldum: bu xalq möhtəşəmdir! Biz birlikdə güclüyük!” - deyə Ş.Xuduoğlu qeyd edib.

Xatırladaq ki, Şahbaz Xuduoğlunun nəşriyyata qonaq gələn 100-dən çox kitabın müəllifi, 87 yaşlı Əlisa Nicatla bağlı sosial şəbəkədə paylaşım etməsi, onun maddi durumunun ağır olduğunu bildirməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdu.

Fotolar

pia.az 


Etiket: Əlisa Nicat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar