Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqil Abbas Siyavuş Novruzovu dəstəklədi 

“Kimsə Ağdamın, Ağcəbədinin əleyhinə danışsa, mən də cavab verərəm”...

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun bu gün parlamentin plenar iclasında Naxçıvan barəsində səsləndirdiyi fikirlər müzakirəyə səbəb olub. Deputatın “Naxçıvan həssas bölgədir və həssas bölgə ilə bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər” deməsi birmənalı qarşılanmayıb. Bildirilir ki, Naxçıvan barəsində ən çox fikir söyləyənlər elə deputatlar olublar.

Milli Məclisin deputatı Aqil Abbas Pravda.az-a açıqlamasında həmkarının sözlərinə münasibət bildirib.

Siyavuş Novruzov Naxçıvandandır. Elə Naxçıvandan da deputat seçilib. Hələ Naxçıvanda sular durulmayıb. İndidən çox “feyk” xəbərlər yayırlar. Naxçıvanın statusunun ləğv edilməsi-filan... O da təəssübünü çəkir. Kimsə Ağdamın, Ağcəbədinin əleyhinə danışsa, mən də müəyyən bir cavab verərəm. Siyavuş Novruzov deyib, deyib də, öz fikrini bildirib. Burda nə pis şey var ki? Çünki ermənilər çoxdan hazırdırlar ki, Naxçıvanı işğal etsinlər. Ola bilər, Siyavuş Novruzov bunu bir az sərt deyib. Nə deyək?!”, - A.Abbas deyib.

pia.az


Etiket: Aqil Abbas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar