Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahib Məmmədov: "Aİ Azərbaycana 20 mlrd dollardan çox investisiya yatırıb"

Son 10 ildə Avropa İttifaqı Azərbaycana 20 milyard ABŞ dollarından artıq investisiya yatırıb.

PİA.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” layihəsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır və avropalı investorlar üçün cəlbedici bazarlardan biridir. Hazırda ölkədə 700-dən çox Avropa şirkəti fəaliyyət göstərir.

"Həmçinin Avropa İttifaqının insitusional alətləri çərçivəsində də ikitərəfli əməkdaşlığımız uğurla davam etdirilir. Texniki yardım üzrə əməkdaşlıq baxımından Azərbaycan ümumilikdə 56 tvininq layihəsi ilə ən yaxşı "Şərq Tərəfdaşlığı" ölkələrindən biridir", - nazir müavini bildirib.

S. Məmmədov xatırladıb ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olaraq qalır.

O bildirib ki, 2021-ci ildə Avropa İttifaqının ölkəmizin xarici ticarətində payı 44,8 % (15,2 milyard ABŞ dolları), 2022-ci ilin yanvar-oktyabr aylarında isə bu rəqəm 54,49 % (25,23 milyard ABŞ dolları) təşkil edib.

"İnanıram ki, bu gün açılış mərasimini qeyd etdiyimiz “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” texniki yardım layihəsi Avropa İttifaqı ilə əməkdaşlığımız baxımından çox önəmli olacaq, Bakı Limanının dayanıqlı, davamlı və inteqrasiyalı inkişafı üçün institusional potensialının gücləndirilməsi istiqamətində qarşısına qoyduğu məqsədlərə nail olacaq.

Böyük məmnuniyyətlə bildirmək istərdim ki, Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xaricin siyasətində mühüm istiqamətlərdən biridir. Tərəflər arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və geniş müqavilə-hüquqi bazası xüsusi əhəmiyyət kəsb edir, eləcə də ticarət ikitərəfli əməkdaşlığımızın əsas sahələrindən biridir", - S. Məmmədov qeyd edib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar