Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Spiker Fransanı tənqid etdi: “Riyakarlıq kimi qəbul edirik”

“Fransa Senatından sonra bu ölkənin Milli Assambleyasının da Azərbaycan əleyhinə qətnamənin qəbul etməsi yolverilməzdir”.

PİA.az-ın məlumatına əsasən, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında deyib.

O bildirib ki, Azərbaycan qəti şəkildə bu qətnaməni rədd edir.

“Biz bunu riyakarlıq olaraq qəbul edirik. 30 il ərzində AzərbaycanErmənistan arasında münaqişədə bir nəticə əldə edilməməsinin səbəbi vasitəçi dövlətin bitərəf olmamasıdır. Bu qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər, eyni zamanda müharibə zamanı 9 şəhərimizi bombalaması qeyd olunmayıb. Burada Azərbaycana qarşı ucuz siyasi sifariş açıq şəkildə görünür. Hər kəsə aydındır ki, Fransanın qaranlıq tarixi işğallarla, soyqırımlarla doludur və bunu tarixdən silmək olmaz”, - deyə Sahibə Qafarova əlavə edib.

Spiker qeyd edib ki, Azərbaycan beynəlxalq əlaqələrini gücləndirir, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri görür.

Xatırladaq ki, Fransa Senatı 2022-сi il noyabrın 15-də Azərbaycana qarşı qətnamə layihəsini qəbul edib.

Noyabrın 30-da isə Milli Assambleya da Azərbaycana qarşı siyasi aksiya təşkil edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, bu, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlikdir.

pia.az 


Etiket: Spiker


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar