Bazar ertəsi, 06 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojin ABŞ-ın “Vaqner” qrupunun terror təşkilatı kimi tanımaq niyyətini dəyərləndirib

Rusiyalı milyarder Yevgeni Priqojin ABŞ Konqresinin “Vaqner” Özəl Hərbi Şirkətini terror təşkilatı kimi tanımaq niyyəti ilə bağlı məlumatı şərh edib...

PİA.az xəbər verir ki, “Vedomosti” qəzetinə danışan Priqojinin sözlərinə görə, “Vaqner” qrupunun fəaliyyətinin terror təşkilatı kimi təsnif edilməsi doğru deyil.

“Bir təşkilatın terror təşkilatı kimi təsnif edilməsi meyarları ABŞ qnunvericiliyində təsbit olunub. Terrorçunun kim olduğu həmin qanunun üç maddəsində və 9 bəndində ətraflı təsvir edilib. “Vaqner” Özəl Hərbi Şirkətinin fəaliyyəti bu meyarların heç birinə uyğundeyil”, deyə milyarder bildirib. Həmçinin Priqojin vurğulayıb ki, ABŞ-ın fəaliyyəti bu meyarlara tam uyğundur.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın və Avropa Birliyinin “Vaqner” Özəl Hərbi Şirkətini terror təşkilatı qlan etmələri ilə bağlı məlumat yayılıb.

Priqojinin muzdlu əsgərlərdən ibarət olan “Vaqner” Özəl Hərbi Şirkəti Suriyada, Mərkəzi Afrikada, Liviyada və Ukraynada hərbi əməliyyatlarda iştirak edib. Hazırda isə Priqojinin Rusiya həbsxanalarından muzdlu əsgər toplayatraq, onları Ukrayna müharibəsinə yollaması ilə bağlı çox saylı məlumatlar yayılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşları küçəyə atılan körpənin valideynlərini barkodlar əsasında tapıb

Türkiyədə zəlzələdə 912 nəfər həyatını itirib, 5 385 nəfər yaralanıb - Yenilənib

Türkiyəni NATO-dan çıxarmaq niyə mümkün deyil?..

Patriarx Kirillin KQB-yə casusluq etməsi ilə bağlı arxiv sənədləri ortaya çıxıb

Göygöl rayon Sarısu Polis Bölməsinə yeni rəis təyin edilib

Vergi tələbindən sonra vətəndaşlar banklardakı əmanətlərini çəkəcəklər? 

Ceyhun Bayramov İranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib - Foto

Harri 16 yaşında bakirəliyini itirib - Şahzadənin ilk qadını mərhəm detalları açıqlayıb…

Türkiyədə baş verən zəlzələnin təbii halda baş verməsi real görülürmü?..

Ukrayna limanında 860 ton buğda daşıyan gəmi batdı

Ən çox oxunanalar