Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: "Ermənistanın revanşist davranışının qızışdırılmasında üçüncü tərəflərin rolu narahatlıq doğurur"

"Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları gücləndirməyə və döyüşkən ritorikaya əl atmağa sövq edir"...

PİA.az xəbər verir ki, bu fikirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Azərbaycanın yanaşması aydın, ardıcıl və beynəlxalq hüquqa əsaslanır. Tərəflər təcili olaraq dövlətlərarası münasibətlərinin əsasını qoyan hüquqi qüvvəyə malik sənədi razılaşdırmalıdırlar. Bu sənəd onların iki bərabərhüquqlu suveren dövlət kimi hüquqlarına zəmanət verir və dövlətlərarası münasibətlər çərçivəsində ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün əsas yaradır", - Nazir bildirib.

C.Bayramov qeyd edib ki, ikitərəfli danışıqların dinamikliyinin artmasına baxmayaraq, Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində irəliləyiş çox məhdud olaraq qalır:

"Hər üç ölçüdə Ermənistan prosesdə səmimi iştirak etməkdənsə, keçmiş imitasiya təcrübələrinə sadiqdir. Sülh gündəliyi ilə bağlı şifahi öhdəliklərə baxmayaraq, Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən yayınmağa çalışır".

Nazir vurğulayıb ki, Ermənistan hələ də qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb:

"Ermənistan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz girişi təmin etməkdən imtina da daxil olmaqla, nəqliyyat əlaqələrinin bərpasını süni surətdə gecikdirir. Əvəzində Ermənistan normallaşma gündəmini ələ keçirmək və diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyası aparır".

Hər iki tərəfin nəhayət davamlı sülhə doğru irəliləmək üçün real şansının olduğu bir vaxtda beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT Ermənistanı normallaşma prosesinə xələl gətirmək cəhdlərindən əl çəkməyə inandırmalıdır. Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün tarixi fürsətdən istifadə etməlidir. Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa yol açacaq.

pia.az


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar