Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı və Yerevanın közərən sülh müqaviləsi... - İndiki status-kvo illərlə uzana bilərmi?

Azərbaycan Ermənistanı tez bir zamanda sülhə məcbur etmək üçün hansı təxirəsalınmaz addımlar atmalıdır?..

Siyasi şərhçi: “Rusiya zəifləmədən, gücünü itirmədən bu bölgdə sülhün olması çox çətin görünür”.

“Basqılara tab gətirməyən Paşinyan, Soçidə məcbur qalıb Putinin çətiri altına girdi”.

Bu sözləri politoloq Kamran Məmmədli Azərbaycanla Ermənistan arasında baş verən son hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Artıq aydındır ki, ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmayacaq. Hətta Ermənistanın və onu dəstəkləyənlərin davranışlarından belə görünür ki, indiki status-kvo illərlə uzana bilər. Bu fonda yeni müharibə ehtimallarını necə dəyərləndirmək olar və Azərbaycan Ermənistanı tez bir zamanda sülhə məcbur etmək üçün hansı təxirəsalınmaz addımlar atmalıdır?

Azərbaycanla Ermənistan arasında bağlanması gözlənilən sülh müqaviləsini PİA.az-ın əməkdaşı siyasi şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “İndiki məqamda Azərbaycanın anti-terror əməliyyat keçirməsi ABŞ və Qərbin maraqları daxilində olacaq”.

Qarabağda anti-terror əməliyyatı keçirməyimizi doğru addım kimi düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu anti-terror əməliyyatı Paşinyanın daha tez qərar verməsinə səbəb ola bilər:

“İstər Brüsel, istərsədə Praqa görüşlərində Nikol Paşinyan bütün bu danışıqlarda ümidli olduğunu açıqlasa da, sonrakı mərhələdə kimlərsə ona verdiyi sözləri icra etməyə imkan vermədi. Hesab edirəm ki, Ermənistanın təkbaşına qərar verən tərəf olmamağı və qərarsızlığı bu məsələnin xeyli yubanmasına səbəb olacaq. Hesab edirəm ki, bu İravanın da maraqlarına cavab verir.

Ermənistan hələ də seçim qarşısındadı. Bir tərəfdən qərbə yönəlmək istəyir, digər tərəfdən Rusiyanın təziqlərindən çəkinir. Yadınızdadırsa , Paşinyanla Putinin Soçidə baş tutan görüşündən öncə, “Valday” klubundakı çııxışında Putin ilk dəfə sülh müqaviləsinin iki variantından (Vaşinqton və Moskva variantlarından) bəhs etdi və erməni xalqına mesaj verdi ki Vaşinqton variantında Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq istəyir. Bu mesajdan sonra Xankəndidə qondarma rejim kütləvi mitinqlər təşkil etdi, daha sonra isə İrəvanda böyük mitinqin anonsu verildi.

Bu basqılara tab gətirməyən Paşinyan, Soçidə məcbur qalıb, Putinin çətiri altına girdi. Çünki Paşinyanda anlayır ki, hələ də daxildə onu hakimiyyətdən uzaqlaşdırmaq istəyən ciddi qüvvələr var.

Eyni zamanda sülh sazişinin Qarabağ məsələsi ilə yanaşı digər əsas məsələsidə Naxçıvan ilə bağlıdır. Naxçıvanın Azərbaycanla coğrafi olaraq birləşməsi, "Zəngəzur dəhlizi"nin açılması da sülhün tərkib hissəsi kimi öz həllini tapmalıdır. Sülh müqaviləsində bu məsələlər mütləq öz əksini tapmalıdır.

Kamran Məmmədli: “Azərbaycana sərf edən sülh sazişinin imzalanması və Rusiyanın bölgədə uzaqlaşdırılması Qərbin maraqlarını təmin edəcək”.

Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi fonunda, nə qədər ki, Rusiya gücünü tam itirməyib, bu sülh sazişinin imzalanmasına mane olacaq. Rusiya zəifləmədən, gücünü itirmədən bu bölgdə sülhün bər-qərar olamsı çox çətin görünür.

Ancaq unutmaq lazım deyil ki, zəifləyən və bölgədən yavaş-yavaş uzaqlaşan Rusiyaya alternativ güclənən Türkiyə-Azərbaycan birliyi var. Bu səbəbdən Azərbaycan Qarabağdakı hərbi varlığını daha da gücləndirərək hər bir varianta hazır olmalıdır.

Məsələnin diplomatik həlli uzanarsa , Rusiyanın başının Ukraynaya qarışdığı və zəiflədiyi ərəfələrdə düşünürəm ki, Qarabağda anti-terror əməliyyatı keçirməyimiz doğru addım olar. Bu anti-terror əməliyyatı Paşinyanın daha tez qərar verməsinə səbəb ola bilər. 44 günlük vətən müharibəsi bunun əyani sübutudur.

Eyni zamanda hesab edirəm ki, indiki məqamda anti-terror əməliyyatın keçirilməsi ABŞ və Qərbin maraqları daxilində olacaq. Sözdə narahatlıqlarını bildirsələrdə, əslində nəticə etibarı ilə Azərbaycana sərf edən sülh sazişinin imzalanması və Rusiyanın bölgədə uzaqlaşdırılması Qərbin maraqlarını təmin edəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar