Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov: "Azərbaycan Fransa ilə bütün əlaqələri kəsməlidir”

Azərbaycan parlamenti Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı kəskin bəyanat yaydı, Xarici İşlər Nazirliyi nota verdi, Fransa səfiri XİN-ə çağırıldı. Yəni ilkin atılması lazım olan bütün diplomatik addımlar Azərbaycan tərəfindən atıldı. Xəbərdarlıq edildi ki, eyni qaydada qarşılıqlı şəkildə bütün münasibətləri quracağıq. İndi də Fransa öz ədalətsiz qərarını qəbul etdi. Aydındır, Ermənistanla “iki bacı” bir-birilərinə dəstək verə-verə bu proseslər gedir. Proses artıq Fransa ilə diplomatik, iqtisadi, siyasi və digər əlaqələrin gələcəkdə kəsilməsinə doğru irəliləyir. Fransa qəbul etdiyi qətnamələrdə o qədər absurd, yalan, böhtan dolu məsələlər qaldırır ki. O boyda Senat böhtan əsasında qətnamə hazırlayır, Ermənistanın etdiklərini Azərbaycanın adına yazırlar”.

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Siyavuş Novruzov Fransa Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qətnamə barəsində danışarkən deyib.

 

Deputat bildirib ki, Fransanın Türkiyəyə qarşı qətnamələri də məlumdur: “Qərar qəbul etdilər ki, keçmişdə qondarma erməni “soyqırımı”nı tanımayan Fransa vətəndaşları cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bunlar dünyada ən anti-demokratik, ədalətsiz qərarlardır. Senat qərar qəbul etdi ki, Fransada heç bir qadın hicabda gəzə bilməz. Bu da müsəlman dünyasına qarşı yönəlmiş addımdır. Keçmişdə özlərinin törətdikləri vəhşilikləri, qırdıqları milyon yarımdan artıq insana, uşağa - bütün bunlara baxanda məlum olur ki, xislətləri nədən ibarətdir. Bəyənat yayıblar ki, Fransa Milli Assambleyasının, Senatın qətnaməsi Fransa dövlətinin fikri deyil. Bəs Senat kimin adından danışır? Senat da dövlətin bir hissəsidir də. Milli Məclisin dekabrın 2-də keçiriləcək plenar iclasında da məsələ ilə bağlı kəskin mövqeyimizi bildirəcəyik. Aidiyyəti strukturları çağıracağıq ki, Fransa ilə iqtisadi, siyasi, elmi, mədəni – bütün əlaqələr kəsilsin. Fransa beynəlxalq təşkilat, BMT deyil... Hətta BMT-nin qəbul etdiyi 4 qətnamə 30 ildə heç yerinə yetirilmədi. Sonda Azərbaycan özü yerinə yetirdi. Fransa Milli Assambleyasının da, Senatın da qəbul etdiyi qətnamə kağız parçasıdır. “Milçək bir şey deyil, amma ürək bulandırır…” Fransanın da hərəkəti ürək bulandırır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar