Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov: “KOB-ların qeyri-neft ixracında payı 60 %-ə çatıb”

“KOB-ların qeyri-neft ixracında payı 60 %-ə çatıb”...

Azərbaycanda 2021-ci ilin yekununda kiçik və orta biznes (KOB) subyektlərinin qeyri neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə payı 27,5 %-ə, qeyri-neft-qaz ixracında payı isə 2020-ci ilin yekunundakı 31,8 %-dən 59,8 %-ə çatıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA), eləcə də Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə Bakıda “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda keçirilən İNSME-nin 18-ci illik toplantısında nazir Mikayıl Cabbarov bildirib.

Azərbaycanda bizneslərin 99,6 %-i mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Ötən il bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 20 milyard ABŞ dollarına yaxın olub və ümumi biznes dövriyyəsinin 32%-dən çoxunu, qeyri-neft-qaz ÜDM-nin isə 56,5%-ni təşkil edib”, - deyə o qeyd edib.

"KOB-ların inkişafı bizim üçün prioritetdir. Çünki, onlar istənilən ölkədə iqtisadiyyatın inkişaf tempini səciyyəələndirir. Azərbaycan hətta SSRİ dövründə sahibkarlıqla bağlı bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirməyə müvəffəq olub. Soruşa bilərsiniz ki, mərkəzləşdirilmiş və planlaşdırılan iqtisadiyyatda bu necə mümkün idi? Bu, qeyri-formal iqtisadiyyat olaraq fəaliyyət göstərib. Qeyri-formal iqtisadiyyat deyəndə biz mütləq qaydada qeyri-qanuni fəaliyyətləri nəzərdə tutmuruq. Sadəcə real sektoru tamamlayan tərəfləri qeyd edirik. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin inkişafına təsir göstərən böyük amillərdən biri ölkə ərazisinin işğalı idi və əhalinin bir qisminin qaçqınlara çevrilməsi idi, iqtisadiyyat bu amili nəzərə almalı idi. Çünki bu, iqtisadi tənəzzülə və ÜDM-nin azalmasına səbəb olan amil idi. Azərbaycan karbohidrogen ehtiyatlarının hasilatı sahəsində uğura nail olduqdan sonra vəziyyət dəyişdi. Bizim göstəricilərimizdə mənfəət artmağa başladı", - deyə M.Cabbarov əlavə edib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar